Rasim Həsənov: “Pedaqoji fəaliyyətimi Füzulidə davam etdirmək istəyirəm”

Oxunma sayı: 58
13-12-2023, 08:04

Rasim Həsənov: “Pedaqoji fəaliyyətimi Füzulidə davam etdirmək istəyirəm”
“Həmişə arzulamışam ki, öz doğma yurdumda, elimdə, obamda yaşayım-yaradım, bu gün arzularıma qovuşuram”.

Arasdırma.info xəbər verir ki,bunu Cahantv.az-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi köçkün Rasim Həsənov deyib.

O qeyd edib ki, pedaqoji fəaliyyətini Füzuli şəhərində davam etdirmək niyyətindədir:

“31 yaşımda öz doğma el-obamdan didərgin düşmüşdüm. 30 ildir köçkün həyatı yaşayıram. Sumqayıtda, 15-ci məhəllədə yaşayırdım. Bu gün isə doğma Füzulimə qayıdıram. Sumqayıtda riyaziyyat müəllimi işləmişəm. Ən böyük arzum idi öz elimdə yaşayıb-yaratmaq. Ali Baş Komandanın, müzəffər Ordumuzun sayəsində bu gün arzularıma qovuşuram. Pedaqoji fəaliyyətimi Füzulidə davam etdirmək istəyirəm. Məşğulluqla bağlı problemimizin həll olunacağını, Füzulidə işlə təmin olunacağımı deyiblər. Çox sevincliyəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”
Qeyd edək ki, bu gün Füzuli şəhərinə daha 25 ailə (112 nəfər) köçürülür. İndiyədək Füzuli şəhərində 358 ailənin, yəni 1 298 nəfərin daimi məskunlaşması təmin edilib.

Paylaş
Xəbər lentİ