“Oğlumun restoranı da var, turizm şirkətləri də” - Baş seysmoloq danışdı

Oxunma sayı: 80
15-12-2023, 00:35

“Oğlumun restoranı da var, turizm şirkətləri də” - Baş seysmoloq danışdı
Jurnalist Cavanşir Həsənli Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişlinin ailə üzvlərinin xaricdə biznesinin olduğuna dair məlumat paylaşıb.

Arasdırma.info xəbər verir ki, məsələ ilə bağlı Manset.az-a açıqlama verən Qurban Yetirmişli oğlunun və qızının biznesinin olduğunu etiraf edib.

“Volkswagen” mənim yoldaşımındı, “Audi” şirkəti mənimdi, “Mercedes” şirkəti qızımındı (gülür):

“Boş-boş xəbərlərdir. Daha nə şirkəti qaldı orada? Birincisi lap açılsa da, bu qəbahət deyil. İkincisi də elə bir şirkət yoxdur. Mənim qızım ailəsi ilə birlikdə xaricdə yaşayır. Kürəkənimin orada biznesi var. Oğlumun neçə illərdir restoranı və turizm biznesi var".

"Övladlarımın ikisi də tarixçidir. Şəhərin 90%-i binaların altı restorandı. “Şah” restoranı oğlumundur. Restoranda Azərbaycanın qədim dövlətçilik tarixi, xəritələr, şahın şəkilləri və s. yerləşdirilib. Mənim oğlumun 41 yaşı var. Dünənki uşaq deyil. Nə etməlidir, evdə oturub barmağını sormalıdır? Məndən də bacarıqlıdı. Uzun müddet “Çto? Qde? Koqda?-da iştirak edib. Atəşgahın prezidenti olub, xaricdə Azərbaycanı təmsil edən tələbələri olub. Oğlumun restoranı da var, turizm şirkətləri də. Bu qəbahət deyil”//sfera

Paylaş
Xəbər lentİ