Zirəddindən ŞOK PROQNOZ: 2024-cü ilin yaz-yay aylarında Azərbaycanda...

Oxunma sayı: 76
22-12-2023, 08:44

Zirəddindən ŞOK PROQNOZ: 2024-cü ilin yaz-yay aylarında Azərbaycanda...
Arasdırma.info Rusiyada yaşayan azərbaycanlı klinik psixoloq, Rusiya Dövlət Dumasının əməkdaşı, ekstrasens Zirəddin Rzayevlə müsahibəni təqdim edir.

- Bu il Azərbaycan bir neçə dəfə əsaslı şəkildə silkələndi, panikaya düşən insanlar küçələrə axışdı. Dağıdıcı zəlzələ ehtimalı varmı?

- Hətta hava proqnozları düz çıxmaya bilir. Yəni bu yanılmalar varsa, zəlzələ barədə proqnoz vermək abstraktdır. Azərbaycanda dağıdıcı zəlzələ görmürəm, amma 2024-cü ilin yaz-yay aylarında zəlzələ olma ehtimalı var. Ümumilikdə, 2024 Azərbaycan üçün təbii fəlakətlərin aktivləşəcəyi bir il olacaq. Qasırğa, daşqınlar ola bilər, amma ümumilikdə qorxulu bir şey görmürəm. Zəlzələ ilə bağlı ələlxüsus.

- 2024-cü ili həm tibbi, həm texniki tərəqqi ili adlandırmısınız...

- Bəli, tibb və texnika ilə bağlı çox uğurlu il olacaq. Yeni ixtiralar insanları təəccübləndirəcək.

2024-ü Azərbaycan üçün ruzili il görürəm. Bir sözlə, Azərbaycan üçün uğurlu il olacaq.

- Ermənilərin Qarabağa qayıdışı nə dərəcədə realdır?

- Bu gün Azərbaycanda saysız erməni yaşayır. Onlar bizim vətəndaşlarımızdır. Qarabağdan köçən ermənilər də Azərbaycan vətəndaşlığını qəbul etsələr, bizimlə niyə yaşamasınlar ki? Ancaq beyni zəhərlənmiş, KİV-in zəhərlədiyi, xəstə təfəkkürlü insanların qəfildən düzəlib Azərbaycan vətəndaşlığını qəbul edib, bizimlə dost olacaqları bir az absurd görünür. İlanın ağına da lənət, qarasına da. Mən millətçi deyiləm, psixoloqam, ixtisasım budur. 30 ildən çoxdur ki, onların televiziyaları, qəzetləri insanların beyinlərini zəhərləyir bizə qarşı. Bir psixoloq kimi az inana bilərəm ki, onlar təsir altına düşmədən Azərbaycan vətəndaşlığını qəbul edə, dost olub yaşamaq mümkün ola. Kənd adamları, siyasətdən başı çıxmayan, səhlənkar adam deyir ki, harda çörək pulum çıxır, orda yeyib-içib yaşayım, Azərbaycan, yaxud da Ermənistan olsun, fərqi yoxdur.

Ümumilikdə, 2024-26-cı illər sülh müqaviləsi baxımından aktiv illərdir. Müqavilənin bağlanma ehtimalı çox böyükdür. Bildiyimiz kimi, bu məsələdə müəyyən güclərin müdaxiləsi var. Xüsusən Fransa, Hindistan öz maddi maraqlarını güdür. İstəmirlər ki, sülh müqaviləsi bağlansın, iqtisadi yollar açılsın. Türkün düşmənləri var.



- Oxuyuram, saytlarda yazırlar ki, bu il bu bürclər uğur qazanacaq. Bu, fərdidir, bunu hamıya aid etmək doğru deyil. Hətta Nostradamus öz ailəsinin astroloji proqnozunu düzgün hesablamamışdı, ailəsi çuma xəstəliyindən məhv oldu. O, həm astroloq idi, həm görücü idi, həm şair, filosof, həkim idi. Amma onun yanlışlığı olmuşdu. Ona görə də bürcləri ümumi şəkildə demək eyib olar.

Əjdaha ili emosional ildir. Bir az kobud ildir. İnsanlar bu ildə kobudluğa yol verməməlidir. Bir-birlərinin xətrinə dəyməməlidir. Bunları sırf astroloji baxımdan deyirəm. Əjdaha hətta qanadını açıb qonduğu yeri belə istəmədən dağıdır. Yəni insanlar istəmədən bir-birinin qəlbini qıra bilərlər, bir-bir ilə savaşa bilərlər. Amma saflıq, dostluq ilidir.

- 2024-də dünyanı nələr gözləyir?

- 2 il əvvəl dediyimi təkrar edirəm – qarşıdakı 10 ildə daşqınlar dünyanı təhdid edəcək. Türkiyədəki dağıdıcı zəlzələni 2021-ci ildə “Moskva-Baku.ru” saytına söyləmişdim. 2024 təbii fəlakətlər ilidir. Vulkanların aktivləşəcəyi il olacaq. 2024 terror ilidir. Bu, həm Qərbə, həm Orta Asiyaya aiddir. Mən bilirəm hansı ölkələrdir, amma məlum məsələyə görə bunu açıq şəkildə deyə bilmirəm.

- Son zamanlar haqqınızda çox yazırlar. Onlara səslənmək istərdinizmi?

- Hərdən mənim haqqımda iyrənc sözlər yazırlar. Haqqımda köklü olmayan, mənbə göstərilmədən ittihamlar yağdırırlar. Biri var elə-belə fikir söyləyələr, biri də var, məni konkret olaraq ittiham edirlər. Mən həmişə deyirəm ki, əgər sən mənbəni göstərmirsənsə və yaxud dediyində haqlısansa, bu, Dövlət Təhlükəsizliyi Xidməti, bu da sənin jurnalist araşdırman. Əlində sübutlar varsa, yaz, göndər DTX-yə, qoy ölçü götürsünlər. Amma ümumilikdə bir insana, öz millətinə, sənin dilində danışan, sənin dinindən olan bir adama şər-böhtan atmaq kişilikdən deyil. İnsan hər addımına, hər danışığına qiyamət günü cavab verəcək. Jurnalistika elə bir sahədir ki, mütləq yazdıqlarının sorğu-sualını keçəcəksən. Sübut, mənbə olmalıdır.

Mən Azərbaycan dilində şeirlər, qəzəllər yazıram. Şəmkirə bir qəzəl yazmışam, mənim ruhumdan gələn sözlərdir. Bilirsiniz ki, qəzəl klassik şeir janrıdır. Hər adam əlinə qələm alıb bu sahədə yaza bilmir. Onu demək istəyirəm ki, ruhum da, dinim, imanım da Azərbaycandır, Azərbaycan folklorudur. Xalqımı vəhdətə çağırıram. Bir-birinizi sevin. Bizim milli dəyərlərimiz, folklorumuz var. Bəzən Mir Mövsüm Ağa haqqında elə şeylər yazırlar ki... Oqtay Mirqasımov Azərbaycanın dəyərli alimidir. Ona böyük hörmətim var. Həmçinin, Mir Mövsüm Ağanın nəslindəndir. Oqtay Mirqasımov “Space” televiziyasına müsahibəsində demişdi ki, Mir Mövsüm Ağa bizim xalqın birlik nöqtəsidir. Əgər biz gedib orada bir-birimizi görürüksə, o inanc bizi birləşdirirsə, o, xalqımızın vəhdət nöqtələrindən biridir. Bu birliyi qırmaq olmaz. Hollivud ulduzu Jan-Klod Van Damm, məşhur fransız aktyoru Pyer Rişar ora gəlmişdi. Mir Mövsüm Ağanın evi turistik bir mərkəz ola bilər. Mən İçərişəhərdə gəzəndə oradakı gidlərdən biri mənə dedi ki, Qız qalasının yanında İsa peyğəmbərin həvarilərindən birinin öldürüldüyü məkan var. Zamanında atəşpərəstlər onun dərisini soyub yandırıblar. İlk dəfə idi eşidirdim. Niyə bunu reklam etmirlər? Niyə oranı turistik mərkəzə çevirmirlər? Bu, başqa ölkədə olsaydı, çoxdan onu bəzəyib-düzəyib elə etmişdilər ki, həmin ölkə xristian turistlərin diqqət mərkəzində olmuşdu. Azərbaycanın hər nöqtəsi böyük bir sərvətdir. Biz bunu görməliyik. Bir-birimizi sevməliyik. Fərqi yoxdur, hansı ölkədə yaşayırıq, bir-birimizə dəstək olmalıyıq. Böhtan, şər atmağa nə var ki?

Mən haqqımda yazılanlara fikir vermirəm, çünki o adamları tanımıram, onlar məni tanıyırlarsa, deməli, mən nə qədər böyük insanam ki, məni tanıyırlar. Bəli, o, vaxtını, qələmini, mürəkkəbini mənə sərf edir. Amma onları tanımadığım üçün onlara söz belə deməyə vaxtıma, zamanıma heyfim gəlir.//musaavat.com

Paylaş
Xəbər lentİ