HƏRBİ ZAVODDA BAŞ VERƏN PARTLAYIŞ ƏSGƏR ÖLÜMLƏRİNƏ BAĞLANIR – HESABLAMA

Oxunma sayı: 42
25-01-2024, 22:57

HƏRBİ ZAVODDA BAŞ VERƏN  PARTLAYIŞ  ƏSGƏR ÖLÜMLƏRİNƏ BAĞLANIR – HESABLAMA
Şirvanda baş verən partlayışla bağlı tanınmış həkim psixoterapevt Paşa Yaqub maraqlı açıqlama verib.
Arasdırma.info xəbər verir ki,O,bu barədə öz səhifəsində dini araşdırmanın nəticəsini qeyd edib.
"Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda yazılmamış olsun. Bu Allah üçün çox asandır!" "Ay" surəsi, 22

Bildiyimiz kimi dünən (23.01.2024) Şirvanda yerləşən hərbi zavodda partlayış baş verdi. Nəticədə xeyli insan yaralandı. Elmi-lədun hesablamalarımız göstərir ki, baş verən hadisə digər əsgər ölümləri ilə riyazi şəkildə əlaqələnməklə, ölkədəki haqsızlığa, ədalətsizliyə Allahın qəzəbinin təzahürüdür və xəbərdarlıq məqsədi daşıyır. Bunu aşağıdakı hesblamalardan aydın görmək olur:

1) Xatırladaq ki, bir neçə ay qabaq Xaçmazda körpü uçanda (15.09.2023) bunun Allahdan xəbərdarlıq mesajı olması barədə hesablamalar paylaşmışdıq. Maraqlıdır ki, dünən həmin hadisənin 132-ci günü idi və bundan Quranın surələrinin sayını çıxsaq, alınan ədəd Şirvanın rəmzini (seriyasını) göstərməklə, hadisənin Allahdan xəbərdarlıq olması barədə söylədiyimiz fikri təsdiq edir:

132 – 114 = 18

2) Şirvandakı partlayış, Cəlilabadda yaşayış binasının yanması ilə də riyazi şəkildə əlaqələnir. Belə ki, 26.03.2023-cü il tarixdə Cəlilabad şəhəri Zərifə Əliyeva küçəsində yaşayış binası yandı. Dünən həmin hadisənin 304-cü günüdür ki, bundan da orjinal (Kəbədəki) Quranın səhifələrinin sayını çıxsaq, alınan ədəd yenə də Şirvanın seriyasını göstərməklə, hadisənin Allahdan xəbərdarlıq olduğunu bir daha təsdiq edir:

304 – 286 = 18

3) Dünən hərbi zavod partlayanda Laçında hərbçilərimizin qəzaya düşərək dünyasını dəyişməsinin 18-ci (!) günü idi.

4) Yadınıza salaq ki, əsgər ölümü ilə nəticələnən daha bir partlayış Ağstafadakı hərbi hissədə (06.07.2019) baş vermişdi. Maraqlıdır ki, bu hadisənin 1773-cü günü Şirvanda hərbi zavod partladı. Bu ədəddən Quranın surə və səhifələrinin cəmini, həmçinin, tövbə və cəza rəmzini çıxsaq, yenə də partlayış baş verən rayonun seriyası görünür:

1773 – (114+114+114) – (286+286+286) – 555 = 18
və s.

NƏTİCƏ: Bu və digər hesablamalarımız göstərir ki, dünən Şirvanda baş verən hərbi zavodun partlaması yolun azmış xalqımıza və onun zülm etməkdə həddi aşan rəhbərlərinə Allahdan növbəti xəbərdarlıq mesajıdır ki, tövbə edərək, günahlarınızdan əl çəkin, doğru yola dönün, əsgərlərinizə (gücünüzə) güvənib, xalqa zülm etməyin. Əks halda əsgərlərinizi də sizi də məhv edərik:
"Bu əsgərləriniz kimdir ki , sizi Allahın əzabından qurtara bilsinlər?! Zalımlar həqiqətən yanılırlar". Quran, "Hakimiyyət" (67) surəsi, 20-ci ayə.

Xəbərdarlığı çatdırdı:
Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi

Paylaş
Xəbər lentİ