Qalib xalqın seçimi İlham Əliyev olacaq

Oxunma sayı: 191
30-01-2024, 16:47

Qalib xalqın seçimi İlham Əliyev olacaq

Azərbaycanın qalib Lideri cənab İlham ƏLiyev ötən 20 il ərzində yüz illərə
sığmayan möhtəşəm işlər görüb, Azərbaycan dövləti və xalqı üçün misilsiz
xidmətlər göstərib. Dövlətimizin başçısı Azərbaycanı dünyanın nüfuzlu ölkələri
sırasına çıxarıb, iqtisadiyyatımızı gücləndirib, Ordumuzu qüdrətləndirib,
Azərbaycanı beynəlxalq arenada əvəzedilməz və etibarlı tərəfdaş kimi tanıdıb. Ən
əsası, Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi xalqımıza
Qarabağ Zəfərini qazandırıb. Bu gün hər bir Azərbaycan vətəndaşı, bütün dünya
azərbaycanlıları Prezident İlham Əliyevi yenilməz Lider kimi sonsuz məhəbbətlə
sevir, ona tükənməz hörmət və ehtiram bəsləyirlər. Prezidentimiz bu uca məqamı,
misilsiz xalq rəğbətini yorulmaz fəaliyyəti, gərgin əməyi, ölkəsinə və xalqına
şərəfli xidməti ilə qazanıb.Ulu Öndərin siyasi varisi olan İlham Əliyev ötən 20 illik
fəaliyyəti dövründə bu inamı bütünlüklə doğruldub, xalqa verdiyi bütün vədləri
yerinə yetirib. Bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı
ildən-ilə yaxşılaşıb Dövlətimizin başçısı İlham Əliyevin 20 illik prezidentlik
fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının
Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanır.
Azərbaycanın bütün sahələrdə qazandığı misilsiz uğurlar məhz İlham Əliyev
siyasətinin təntənəsidir və Ulu Öndərin əbədiyaşar ideyalarından qaynaqlanır.
Buna görə də Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 20 illik dövr
dövlətin strateji hədəflərə nail olması baxımından çoxəsrlik milli dövlətçiliyimizin
ən parlaq səhifəsidir. İlham Əliyev cəmiyyəti və xalqı öz ardınca aparan liderdir.
Çünki müasir Azərbaycanın sürətli inkişaf etməsində və tərəqqisində məhz Ulu
öndər Heydər Əliyevin davamçısı Prezident İlham Əliyevin imzası var.
Azərbaycan Prezidentinin fəaliyyətində, heç şübhəsiz, Qarabağ Zəfəri ən uca
zirvədə yer tutur. Çünki dövlətimizin başçısı Vətən müharibəsindəki şanlı
Qələbəmizi Azərbaycan tarixinə qızıl hərflərlə yazıb, Azərbaycan dövlətinin
gücünü və qüdrətini dünyaya bir daha göstərib. Prezident İlham Əliyev Qarabağın
hər yerində Azərbaycan bayraqlarını ucaldıb, tarixi ədaləti bərpa edib, sınmış
qürurumuzu özümüzə qaytarıb. 44 günlük Vətən müharibəsindəki Qələbəmizdən
sonra ötən üç il ərzində ölkəmizdə aparılan siyasət nəticəsində biz bu gün fəxrlə və
qürur hissi ilə deyirik: “Sərhədlərimiz, suverenliyimiz və ərazi bütövlüyümüz indi
tamdır”.
Heç şübhəsiz ki, dövlətimizin başçısı bu müstəsna xidmətləri ilə Azərbaycan
tarixində əbədi olaraq qalacaq, xalqının qəlbində sonsuza qədər yaşayacaq. Belə
bir xoşbəxtlik çox az liderə nəsib olur. Prezident İlham Əliyev Azərbaycanı
əsrimizin qalib ölkəsinə çevirib. Dünya tarixində belə bir möhtəşəm uğur, misilsiz
qələbə qazanan, düşməninə unudulmayacaq dərs verən ikinci bir ölkə tapmaq
mümkün deyil. Azərbaycan bu baxımdan dünyada təkdir, yeganə qəhrəmanlıq,
əzmkarlıq, qətiyyət nümunəsidir. İndi Azərbaycan Bayrağı dünyanın ən uca
bayrağıdır, çünki bu müqəddəs bayraq 30 il həsrətini çəkdiyimiz tarixi
torpaqlarımızda – Qarabağda qürurla dalğalanır. Şuşada ucalan bayraq dünyanın
hər yerindən görünür.
44 günlük savaşda Müzəffər Ali Baş Komandanın əmr və göstərişlərini yüksək
peşəkarlıqla yerinə yetirən rəşadətli Ordumuz işğalçıları doğma torpaqlarımızdan
qovaraq regionda yeni reallığın əsasını qoydu. Tarixi Zəfər qazanmaqla
Azərbaycan bütün dünyaya sübut etdi ki, ölkəmiz beynəlxalq aləmin aparıcı
aktorlardan biridir və milli maraqlarının pozulması ilə heç zaman barışmayacaq və
barışmadı da. 30 illik erməni işğalına son qoyulması buna sübutdur. 30 illik
həsrətimizə son qoyan Vətən müharibəsində Baş Sərkərdə kimi Qarabağı işğaldan
azad etməsi ona ümumxalq sevgisi qazandırıb. İlham Əliyevin adı Qarabağda
aparılan 44 günlük Vətən müharibəsindəki qələbənin müzəffər Ali Baş Komandanı
kimi Azərbaycan tarixinə düşüb. Adını tariximizə həm də Xilaskar Lider kimi
yazdıran cənab İlham Əliyev milli maraqlara əsaslanan, tam müstəqil, prinsipial
siyasəti ilə Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün var gücü ilə çalışır.
Azərbaycanın hərbi-siyasi və diplomatik sahədə uğurları birbaşa İlham Əliyev
fenomenal istedad sahibi olmasının göstəricisidir. 44 günlük Vətən müharibəsində
qələbənin əldə olunması müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin
uğurlu strategiyasının nəticəsidir. Xoşbəxt o xalqdır ki, onu inkişaf etdirən liderləri
olur. Cənab İlham Əliyev xalqın alternativsiz lideri, xilaskarıdır.
20204-cü il 7 fevralda keçiriləcək növbədənkənar Prezident seçkiləri həm də ona
görə əlamətdar olacaq ki, son 28 ildə səsvermə prosesi Azərbayacnın bütün
ərazilərində keçiriləcək. İndi bütün şəhərlərimiz, rayonlarımız, qəsəbələrimiz,
kəndlərimiz liderimizi seçəcək və bütünləşmiş Azərbaycanın gələcəyinə səs
verəcək. Bu, böyük Zəfərdir və bu qələbənin memarı tarixə qalibiyyət möhürü
vuran cənab İlham Əliyevdir.
Bütün cəbhələrdə, istər döyüş meydanlarında, istərsə də diplomatik masalarda
Azərbaycanı qalib edən Müzəffər Ali Baş Komandan, 7 fevral seçkisində növbəti
qələbəsini qazandıqdan sonra da ölkəmizi inkişaf və Zəfər yolu ilə irəliyə
aparacaq.
Kimin rəhbərliyi altında torpaqlarımız işğaldan azad olunubsa, xalqımız, hər
birimiz ona səs verəcəyik. Kim xalqımızı bu xoş günləri görməyə nəsib edibsə, biz
ona səs verəcəyik. Heç şübhəsiz ki, bu şəxs cənab Prezidentimiz İlham Əliyevdir.
Hamımız dövlət rəhbərinin ətrafında sıx birləşəcək, məhz ona səs verəcəyik. İlham
Əliyevdən başqa alternativ seçim yoxdur.
Bu gün Xankəndi şəhərində Azərbaycan bayrağı dalğalanır. Şükürlər olsun ki,
Qarabağın hər bir güşəsində üçrəngli bayrağımız dalğalanır. Bütün bunların
hamısına Prezidentimiz İlham Əliyevin qətiyyəti və şücaəti hesabına nail olmuşuq.
Ali Baş Komandamız İlham Əliyevin rəbərliyi altında Ordumuz ermənilərin bütün
miflərini alt-üst etdi.
Fevralın 7-də Azərbaycanın ictimai-siyasi həyatında növbəti əlamətdar gün
yaşanacaq. Məhz həmin tarixdə xalqımız növbəti yeddi il ərzində ölkəmizə liderlik
edəcək şəxsi müəyyənləşdirəcək. Hər birimiz İlham Əliyevin daxili, xarici
siyasətini dəstəkləyirik. 7 fevralda keçiriləcək növbədənkənar Prezident
seçkilərində ulu öndər Heydər Əliyevin siyasətini layiqincə davam etdirən,
Azərbaycan xalqına zəfər sevincini bəxş edən, ölkəmizin və xalqımızın adını
dünya miqyasında qalibiyyətin ən uca səviyyəsinə çatdıran, qalib
Azərbaycan xalqının qalib Prezidenti, Ali Baş Komandanımız İlham
Əliyevin namizədliyini dəstəkləyəcəyik.
İlham Əliyev həqiqətən də hər bir Azərbaycan vətəndaşının prezidentidir.
Vətəndaş dara, çətin vəziyyətə düşdükdə öz Prezidentini həmişə yanında görüb,
dövlətinin qayğısını hiss edib. Azərbaycan xalqı öz Prezidentinə qopmaz tellərlə
bağlıdır. Xalq liderini səmimi-qəlbdən sevir. Bu qarşılıqlı sevgi əbədidir.
Azərbaycan qədər əbədi !

UNEC Mühəndislik və tətbiqi elmlər kafedrasının professoru, fizika elmləri doktoru Babayeva Rəna Fikrət qızı.

Paylaş
Xəbər lentİ