8 kəndlə bağlı son qərar: Antiterror əməliyyatlarının başlaması üçün... – Kritik gəlişmə

Oxunma sayı: 73
29-02-2024, 01:15

8 kəndlə bağlı son qərar: Antiterror əməliyyatlarının başlaması üçün... – Kritik gəlişmə
Azərbaycanla Ermənistan arasında sülh danışıqları fərqli platformalarda davam edir. Amma qarşı tərəfin hansı məsələdə güzəştə gedəcəyi ilə bağlı gözləntilər var. Ermənistanın hələ də işğalda saxladığı Azərbaycanın 8 kəndi ilə bağlı hansısa bir güzəştə getmək ehtimalı azdır.

Arasdırma.info xəbər verir ki,bunu Teleqraf.com-a politoloq Fərhad Mehdiyev deyib.

O qeyd edib ki, Ermənistan kənardan dəstək aldığı üçün heç nəyə görə güzəştə getmək istəmir:

“Belə olan halda həmin kəndlərin azad edilməsi ilə bağlı Azərbaycan tərəfindən növbəti antiterror əməliyyatlarının həyata keçirilməsi istisna edilmir”.

Politoloq hazırda Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında olan görüşdən də gözləntilərin olmadığını söyləyib:

“Ola bilsin ki, müəyyən xırda irəliləyişlər qeydə alınsın. Əslində tərəflərin birbaşa görüşü müsbət haldır. Amma köklü məsələlərdə irəliləyişin olacağı güman edilmir. Zəngəzur dəhlizi və 8 kəndlə bağlı Berlin danışıqlarında hər hansı bir müsbət tendensiyanın olması gözlənilmir”.

Fərhad Mehdiyev hazırda Rusiya-Ermənistan arasında olan gərginliyə də münasibət bildirib:

“Əvvəllər də Moskva Paşinyan hakimiyyətinə təzyiq etməyə çalışıb. Buna daha çox daxili vəziyyəti gərginləşdirməklə, müxalifətdən istifadə etməklə cəhd edilib. Amma bu müstəvilərdə Rusiya irəliləyə bilməyib”.

Paylaş
Xəbər lentİ