Rusiyada 100 milyon dollara 3 sanatoriya tikmək istəyən azərbaycanlı kimdir?

Oxunma sayı: 43
29-02-2024, 01:25

Rusiyada 100 milyon dollara 3 sanatoriya tikmək istəyən azərbaycanlı kimdir?
Azərbaycan şirkəti Jeleznovodsk xüsusi iqtisadi zonasında üç sanatoriyanın inşasına 9 milyard rubl (97,4 milyon ABŞ dolları) sərmayə qoymağı planlaşdırır.

Arasdırma.info xəbər verir ki, bu barədə TASS-a kurortun rəhbəri Yevgeni Bakulin məlumat verib.

"İnvestorlar yenidən Jeleznovodsk xüsusi iqtisadi zonasına maraq göstərirlər. Azərbaycanlı investor ümumi sahəsi 9 hektar olan üç torpaq sahəsi üçün müqavilə bağlayıb. İnvestisiyaların həcmi təxminən 9 milyard rubl təşkil edəcək", - Y.Bakulin Mineralnıye Vodıda keçirilən XII Rusiya-Azərbaycan regionlararası forumunun kuluarında deyib.

Onun sözlərinə görə, 600 otaqlı və 1200 çarpayılıq üç sanatoriyanın tikintisi nəzərdə tutulub:

"Biz artıq Jeleznovodskda Azərbaycan sərmayələrini uğurla icrasının şahidi olmuşuq. Buraya Jeleznovodsk xüsusi iqtisadi zonasında ilk beşulduzlu sanatoriya daxildir. Jeleznovodskda xüsusi iqtisadi zonası daha da tanınır. Bu o deməkdir ki, Jeleznovodsk bundan sonra da inkişaf edəcək".//report

Paylaş
Xəbər lentİ