Ugura gedən yol və müəllim ömrü

Oxunma sayı: 294
4-03-2024, 00:27

Ugura gedən yol və müəllim ömrü

Müəllim ömrü bir şama bənzər. O, şagirdinin sabahı üçün zərrə-zərrə əriyir.
-Müəllim ömrü bir çırağa bənzər. Sönənə qədər bilik dolu hərarətini şagirdinin duyğularına, idrakına hopdurur.
-Müəllim ömrü bir Aya bənzər. O, şagirdinin mənəvi dünyasındakı qaranlıqları öz işığı ilə əridir və nurlandırır.
Bizim yaxşı tanıdığımız Vüsalə müəllimə də belə müəllimlərdəndir. O, əsl zadəgan xislətli xanımdır. Kübarlıq deyərkən, ümumi mənada çoxlarının ağlına var-dövlətli, şan-şöhrətli olmaq kimi fikirlər gəlir, lakin nəzərdə tutduğumuz kübarlıq Vüsalə müəllimənin yerişində, duruşunda, danışığında və simasında öz əksini tapıb. Bütün bu keyfiyyətlər də Azərbaycan qadınının gözəlliyi deməkdir. Xanım- xatunluğu hər qadın bacarmır və bu məziyyətlər təkcə zahirən ölçülmür, həm də zəngin mənəviyyatın, daxili gözəlliyin təzahürüdür. Deyərdik ki, daxili gözəllik insanın zahirində xüsusi cizgilərlə öz əksini tapır. Bu mənada Vüsalə müəllimə daxili dünyası ilə zahiri - biri-birini mükəmməl şəkildə tamamlayan nadir xanımlardan biridir.
Vüsalə müəllimənin sadəliyi də bir başqadır. “Müəllimin zahiri bər-bəzəyi elə olmalıdır ki, şagirdlərin diqqətini dərsdən yayındırmasın, onları əsas mətləbdən uzaqlaşdırmasın” - deyə o, müəllimliyi hər zaman eyni ucalıqda saxlamağa çalışır...

Yeri gəlmişkən:
-Vüsalə müəllimə, Siz şagirdlərinizə hər zaman anlayışlı, səmimi və xeyirxah hisslərlə yanaşırsınız. Ümumiyyətlə, bu günün şagirdini təbəssümlə, sevgi ilə ələ almaq, qəlbinə yol tapmaq asandırmı?
-Qeyd edim ki, müəllim şagirdini sevməsə, özünü də sevdirə bilməz. Əvvəl sevgi- sonra tələbkarlıq, düzgün istiqamətə yönəltmək, məsuliyyət hissini artırmaq, dərin biliyə nail olmağı aşılamaq- bu kimi meyyarlarla yaxşı nəticə əldə etmək mümkündür.
Vətənpərvər müəllimə..
Vüsalə müəllimə ilə söhbətimiz zamanı
“Vətənpərvərlik anlayışınını uşaqlara anlada bilirsinizmi ?” sualına belə cavab verdi:
”Vətənpərvərlik ruhu mənim qanımda
axır,vətən,torpaq,millət anlayışı mənim mənliyimdir,mənim qürurumdur.
Mənim 30 il yaxın çəkdiyim acı idi,vətən mənim hal-hazırda alnıaçıq ,üzüağ baxışımdır,torpaq mənə Şəhidlərimizin qanı il imzalanmış və vurulmuş
möhrüdür.Bəlkə də bu mənim Qarabağ torpağında böyüyüb boya başa çatdığımdan irəli gəlir.”
Elə bir gün yoxdur ki,Vüsalə müəllimə Vətən ,Qarabağ sözünü işlətməsin.
Vətənpərvərlik mövzularını,əlamətdar günlərin çalarlarını öz yazılarında,çıxışlarında nümayiş etdirən ,yorulmadan elmin qapılarını şagirdlərin üzünə açan bir insandır Vüsalə müəllimə.

Müəllim uğura gedən yolu...
Vüsalə Salman qızı Qasımova 27.12.1972 ildə Cəbrayıl rayonunda anadan olub.1980-ci ildə M.Qorki (yeni Mehdi Mehdizadə ) adına tam orta məktəbə gedib və 1990-cı ildə orta məktəbi bitirərək Ali məktəbə daxil olmuş,1995 ild ali məktəbi bitirmişdir.2001-ci Ildən 170 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir.
23 il məktəb həyatına ömrünü həsr edən Vüsalə müəllimə Təhsil Nazirliyi tərəfindən keçirilən təlimlərda iştirak etmiş,öz nailiyyətləri ilə hər kəsə nümunə olmuşdur.
Ugura gedən yol və müəllim ömrü
Xatirələrdən...
Xatirələrdə yazılan 2001-ci ildə müəllimə yenicə dərs otağına girirdi.Balaca fidanların qarşısında uşaqların özləri qədər həyacanlı olurdu. Dərs dediyi ibtidai sinifdə fənləri öyrətmək cəhdinin hər gün bir az da artması ona hədsiz sevinc bəxş edirdi.
Amma bir şagirdinin dərsə gəlməməsi onu narahat etdi.Dərsdən sonra həmin uşağın evinə getməli oldu.Valideynləri Vüsalə müəlliməni hörmətlə qarşıladılar,amma üzlərində bir məyusluq vardı.
Onlar çox imkansız,köçkün ailəsi olduğundan uşağa məktəb paltarı ,ayaqqabı ala bilməmişdilər.O üzdən uşaq məktəbə gəlməmişdi.
Vüsalə xanım öz hesabına uşağın bütün lazım olan geyim və ləvazimatını alıb ailəyə verir.
Həmin uşaq əla oxuyan şagirdlərdən biri idi.

Və beləcə... müəllimə sevimli şagirdinə sonradan bir neçə il də imkanı seviyəsində köməklik gösdərdi.

...Sevindirici haldır ki, aylar, illər ötdükcə Vüsalə müəllimənin də qayğıkeşliyi, xeyirxahlığı yetirmələrinin yaddaşına yazıldı.
Xeyirxahlıq etmək, ehtiyacı olana istər maddi, istər mənəvi kömək köstərmək onun daxilindən gəlir.
Yazdığı kitab 14 şəhidə həsr olunub...
Uzun müddət beynində dolaşan fikirlər onu narahat edirdi.Keçirdiyi görüşlər,şəhidlər haqqında eşitdiyi fikirlər,əhvalatlar Vüsalə müəlliməni kitab yazmağa və bütün fikirlərini yaddaşlara salmağa sövq etdi.Bir neçə illər ərzində topladığı məlumatları ”Zirvənin Sahibləri “adlı kitabında əks etdirdi.
O,nəfis şəkildə nəşr etdirdiyi kitabı sevə-sevə C.Cabbarlı adına Gənclər kitabxanasında geniş formada təqdimat etmişdir.
Hazırda kitabı Prezident kitabxanasında,M.F.Axundov adına,C.Cabbarlı adına Gənclər kitabxanasında və müxtəlif məktəblərin kitabxanalarında yer almışdır.
Sonda Vüsalə müəllimənin bir daha ürək sözlərini eşidək:
Hamı kimi mən də Vətənimi, torpağımı, millətimi çox sevirəm. Hər kəsin uğurlarına sevinirəm. Məmləkətimin, insanların firavanlığını, xoşbəxtliyini istəyirəm. Tanrıdan Qarabağımızın əvvəlki tək qaynayıb qarışan həyatını görmək diləyirəm...
Ugura gedən yol və müəllim ömrü
Müəllim ömrü (Musa Yaqub)

Saatlar...Otaqlar...
Hə,bu da bir gün...
Siniflər...Uşaqlar...
Hə,bu da bir gün...
Yenə zəng çalındı,çölə,içəri...

Ərit saatları,dəqiqələri.
Bir sinif dünyadır öz aləmi var,
O,oxşar ayları,illəri sayıb.
Bəzən on beş ilin müəllimi də
Sanır ki,işinə dünən başlayıb.

Demə ki,keçdiyi cığırlar kəsə,
Otaqdan başlayıb, otaqda bitər
Otuz il sinifdə vargəl edibsə,
Bəlkə də yol gedib Magellan qədər.
Atadır,anadır,
Böyük bir nəsil,
Nurunu müəllim gözündən içər.
Onu biganəlik soyudanda bil,
Bu soyuq bir nəslin canından keçər

Adam var bulanıb,elə daşıb ki,
Görməz bu zəhməti onun dar gözü.
Nadan adamların dodaqlarında
Elə ucuzlaşıb,ucuzlaşıb ki,
Tökülüb yollara müəllim sözü.

Bir nankor tələbə dönüklüyündə,
Gah itər,yadlanar müəllim ömrü.
Birinin şanında,böyüklüyündə,
Uçar,qanadlanar müəllim ömrü.

İnsanla həmyaşdır,
Ölməz,yorulmaz,
Bizimlə yol gedir müəllim ömrü.
Hamıya pay verib ömründən bir az,
Məndədir,
Səndədir
Müəllim ömrü.
Ugura gedən yol və müəllim ömrü
Ugura gedən yol və müəllim ömrü
Ugura gedən yol və müəllim ömrü
Ugura gedən yol və müəllim ömrü
Ugura gedən yol və müəllim ömrü
Ugura gedən yol və müəllim ömrü
Ugura gedən yol və müəllim ömrü

Paylaş
Xəbər lentİ