25 manatlıq dələduzluq

Oxunma sayı: 25
16-04-2024, 21:50

25 manatlıq dələduzluq
Bir neçə il öncə işə düzəltmə firmaları göbələk kimi artmışdı.Məqsəd işsizlərin işə qəbul olunmasıadıyla pul qazanmaq idi.Çoxsaylı şikayətlərdən sonra dövlət qurumları işə müdaxilə edərək bu kimi firmaları ifşa etdi və xeyli dələduz həbs olundu.Firmalar bağlandı.
Araşdırma.infonun əldəe tdiyi məlumata görə son günlər sosial şəbəkələrdə,eləcə də elan saytlarında işə düzəltmə adı altında yeni dələduz firmalar peyda olub.Onlar müxtəlif şirkətlərdə qablaşdırıcı,ekspediter,sürücü,satıcı və s işlərin olacağı ilə vətəndaşları aldadır. Qeydiyyat olunub sığorta və s xərclər üçün 25 manat ödəməli olduğunu bildirirlər."Müəyyən müddət ərzində sizinlə əlaqə saxlayacaqlar "-deyərək ,başdan edirlər.
Məumata görə regionlardan gələnlər,eləcə də tələbələr və ümumiyyətlə iş axtaranlar 25 AZN ödəmək üçün növbəyə düzülüb.
Bildirmək istəyirik ki,aldanan vətəndaşlardan bir neçəsi polisə müraciət edib.Yaxın günlərdəyəqin ki,məsələ ilə bağlı tədbir görüləcək.

Paylaş
Xəbər lentİ