“Belə kişilərə ömürlük cəza verilməlidir" - Novella Cəfəroğlu

Oxunma sayı: 43
8-05-2024, 07:56

“Belə kişilərə ömürlük cəza verilməlidir" - Novella Cəfəroğlu
“Əvvəlllər də qadınları öldürürdülər. Amma qətllərin sayı indiki qədər çox deyildi. Düşünürəm ki, adət-ənənələrimizdən uzaq düşdükcə bu cür hadisələrin də sayı artacaq. Biz əksər qətllərin səbəbini bilmirik, onu biləndən sonra məsələni daha dəqiq analiz edə bilərik. Hesab edirəm ki, qanunda dəyişiklik edilməli və qadınları qətlə yetirən şəxslər ömürlük azadlıqdan məhrum edilməlidir”.
Arasdırma.info xəbər verir ki,bunu Bakupost.az -a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu qadın qətlləri haqda danışarkən deyib.
Onun sözlərinə görə cəmiyyət də bu hadisələrə biganə qalmamalıdır:
“Cəmiyyət bu hadisələrə reaksiya verməlidir. Siz jurnalistlər bu qətllərlə bağlı xəbərləri yayırsız. Amma heç bir televiziya kanalında bu məsələ müzakirə edilmir. Biabırçı şoular baş alıb gedir. Ailədaxili problemlərdən söz açan yoxdur. Kişi pulsuz da ola bilər. Bəzən qadınlar da evdə söz-söhbət salırlar. Mən həmişə kişiləri təqsirləndirmirəm, burda qadının da günahı ola bilər. Amma bunun üçün onu öldürmək lazım deyil. Biz ailə dəyərlərini gücləndirməliyik. Bu məsələlərə qonşular da, cəmiyyət də biganə qalmamalıdır. Hesab edirəm ki, problemi kompleks şəkildə həll etməliyik”.
N.Cəfəroğlu estetik əməliyyat etdirən gənc xanımları da qınayıb:
“Şəhərə çıxanda görürsünüz, nə gündədirlər. Gözəl-gözəl qızlar özlərini estetik əməliyyatla tanınmaz hala salırlar. Əlli yaşdan sonra qadının özünə baxmağını başa düşürəm, amma gənc qızların özlərini bu hala salmalarını qəbul etmirəm. Boşanmaların da sayı kəskin artıb. Nigaha girən cütlüklər deyir ki, bu gün evləndim, sabah boşana da bilərəm, nə olsun ki?! Bütün bunlar ailə dəyərlərinin zəiflədiyini göstərir”.

Paylaş
Xəbər lentİ