Azərbaycana bu ölkələrdən gələn turistlər ərəbləri üstələdi

Oxunma sayı: 57
20-05-2024, 01:14

Azərbaycana bu ölkələrdən gələn turistlər ərəbləri üstələdi
Bu ilin ilk 9 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 32.1 faiz artaraq 1.535 milyon nəfərə çatıb.


Arasdırma.info xəbər verir ki, bu barədə Milli Məclisin üzvü, iqtisadçı-ekspert Vüqar Bayramov şəxsi “Facebook” hesabında məlumat paylaşıb.

Gələnlərin sayı Çindən- 8,2 dəfə, Cənubi Koreyadan – 3,4 dəfə, Türkmənistandan – 2,9 dəfə, Hindistandan – 2,1 dəfə, Polşadan – 2,0 dəfə, Qazaxıstandan – 1,9 dəfə, Tacikistandan – 1,9 dəfə, Misirdən – 1,8 dəfə, Filippindən – 1,8 dəfə, Qırğızıstandan – 1,8 dəfə, Bəhreyndən – 1,6 dəfə, Belarusdan – 1,6 dəfə, Moldovadan – 1,6 dəfə, Özbəkistandan – 1,6 dəfə, İspaniyadan – 1,6 dəfə, İtaliyadan – 1,6 dəfə, Rusiya Federasiyasından – 1,5 dəfə, ABŞ-dan – 41,4 faiz, Kanadadan – 41,1 faiz, İsraildən – 34,6 faiz, Gürcüstandan – 31,7 faiz, Niderlanddan – 30,2 faiz, Böyük Britaniyadan – 26,3 faiz, Küveytdən – 24,0 faiz, Fransadan – 23,2 faiz, Almaniyadan – 20,6 faiz, Türkiyədən – 20,0 faiz, Birləşmiş Ərəb Əmirliklərindən – 11,6 faiz, Ukraynadan – 8,6 faiz artıb.

V.Bayramov bildirib ki, Azərbaycana gələn turistlərin coğrafi mənşə strukturunda əvvəlki illərlə müqayisədə dəyişiklik qeydə alınır: “Avropalıların sayı artır, Ərəb tursitlərinin səfərləri azalır. Körfəz ölkələrindən gələnlərin sayı 9,3 faiz azalsa da, Avropa İttifaqından gələnlərin sayı 39,5 faiz artıb.

“Ərəb turistlərinin sayının azalması alternativ turistik bazarlara marağın artması və Azərbaycanda turizm qiymətlərinin hələ də yüksək olması ilə əlaqələndirilir. Avropadan gələnlərin sayının artması isə pandemiyadan sonra köhnə qitənin getmə turizmə istəyinin yüksəlməsi, işgüzar səfərlərin sayının çoxalması və bütövlükdə bölgəyə xüsusi marağın artması ilə bağlıdır. Eyni zamanda, son illər xaricilərin Azərbaycanda sağlamlıq turizminə də marağın artması müşahidə olunur.
Ekspert vurğulayıb ki, turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur. Pandemiyadan əvvəlki il- 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlib və əcnəbilər həmin il Azərbaycanda 2.6 milyard dollara yaxın vəsait xərcləyiblər: “Bu baxımdan, gələn turistlərin ölkə mənşəyinin yenilənməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlər ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Bu, turizm gəlirlərində dayanıqlığı artıra bilər”.//millinevs

Paylaş
Xəbər lentİ