Xəbər verdiyimiz kimi son zamanlar kosmetoloqlardan gələn şikayətlərin sayı çoxalıb. Belə ki,ixtisasca həkim olmayan, dermatoloq olmayan saxta kosmetoloqlar özlərinə aid olmayan işlərlə məşğul olurlar. Bu da əsasən qadınların haqlı narazılıqlkarına səbəb olur.
Qeyd edək ki, son vaxtlar kosmetoloqların etdiyi prosedurlardan şikayətlənənlərin sayı artır. Mütəmadi olaraq sosial şəbəkələrdə bunu əks etdirən video və şəkillər yayılır.
Azərbaycan Tibb Universitetinin Dermatovenerologiya kafedrasının müdiri professor Fərid Mahmudov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda bəzi şəxslər tibbi təhsili olmadan kosmetoloq fəaliyyəti göstərir. Onun sözlərinə görə, belə şəxslərin fəaliyyətinə lisenziya Səhiyyə Nazirliyi tərəfindən verilmir. Buna görə, onların tibbi təhsilinin olub-olmadığı yoxlanılmır.
Kosmetoloq yalnız dəri həkimlərindən ola bilər. F.Mahmudov bildirib ki, ixtisasca dermotoloq olmayan şəxslər kosmetoloq işləyə bilməz: "Dərini bilməyən şəxslər üzdə, eləcə də bədənin digər nayihələrində kosmetoloji məqsədlə invaziv prosedur apara bilməz".
F. Mahmudovun sözlərinə görə, üzə, dodağa dolğu prosedurları edən şəxslərin tibbi təhsili yoxdursa, pasiyentlər belə şəxslərə etibar etməməlidir: "Sadaladığınız o proseduruları ancaq dermotoloji təhsili olan şəxs aparmalıdır. İnvaziv prosedur aparan şəxsin 11-12 il tibb təhsili olmalıdır".
Professor bildirib ki, dəriyə dolğu vurmazdan öncə müayinə olunmalıdır:
"Əvvəlcə dəri müayinə olunmalıdır ki, dolğu istifadə etmək olar, yoxsa yox? Əgər əks göstəriş varsa, bunu etmək olmaz".
Arasdırma.info .info xəbər verir ki, bu kimi şikayətləri nəzərə alaraq Səhiyyə Nazirliyi özəl klinikalarda mütəmadi yoxlamalar aparır və sertifikasiya imtahanından keçməyən həkimlərin işləməsinə qadağa qoyulur. Bəzi klinikalarda çalışan kosmetoloqlar nəinki sertifikasiya imtahanı keçmir,heç tibbi təhsili də yoxdur. Mənbənin verdiyi məlumata görə bu kimi saxta kosmetoloqların ucbatından klinikalar 10 min AZN cərimə olunub.
Məlumat üçün qeyd edək ki, redaksiyamıza daxil olan şikayətlərdən biri də , adı çəkilən saxta kosmetoloqlardan biri sayılan NİGAR HƏSƏNOVADIR.
Belə ki, adı çəkilən kosmetoloq şikayətçiyə 1800 AZN borcludur. Aldığı dərmanların pulunu mənimsəyib. Bütün sosial şəbəkələrdə reklam edilən bu mobil ( 055 333 00 14 ) nömrəyə zəng edib məsələyə aydınlıq gətirmək istədik. Lakin telefonu kənar bir şəxs götürdü.
Səhiyyə Nazirliyi və aidiyyatı qurumlara bildiririk ki,bu kimi kosmetoloqlar haqqında araşdırma aprıb,müvafiq tədbirlər görülməsi vacibdir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70