Rusiya DİN-dən Elşad Abdullayevlə bağlı açıqlama: Yerini bilirik, Azərbaycan istərsə…

Oxunma sayı: 33
25-06-2024, 01:42

Rusiya DİN-dən Elşad Abdullayevlə bağlı açıqlama: Yerini bilirik, Azərbaycan istərsə…
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayev Avropa İnsan Haqları Məhkəməsinə müraciət etdiyi və AİHM-nin “Elşad Abdullayev Azərbaycana qarşı” işində məsələni araşdıraraq qərarını elan etdiyi heç kəsə sirr deyil.

NOCOMMENT.az xəbər verir ki, eyni zamanda məhkəmə Konvensiyanın 2-ci (yaşamaq hüququ) maddəsinin prosedural baxımdan pozulmasına qərar verib. Məhkəmə digər pozuntu iddialarını araşdırmağa lüzum görməyib. Qərara görə, Azərbaycan hökuməti ərizəçiyə mənəvi zərər əvəzi 12 min, poçt xərcləri əvəzi 70 avro ödəməlidir.

Ətraflı
Ad - 00:06
Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayev bir neçə maddə ilə Azərbaycan tərəfindən axtarışa verilib.

Elşad Abdullayevin yaşadığı yer bəlli olsa da, 15 RUE ANDRE CHENIER, ERA, 91540 MENNECY, PARIS olduğu halda bu günə kimi bu yöndə heç bir təsirli addım atılmır. Qeyd edək ki, Elşad Abdullayevə Azərbaycan Respublikasının CM-nin 7 maddəsi üzrə ittiham irəli sürülüb, onun haqqında cinayət işi başlanılıb, beynəlxalq axtarışa verilib. Amma ABU-nun sabiq rektorunun yaşadığı ölkə, şəhər və küçənin ünvanı bəlli olsa da, beynəlxalq hüquqi razılaşmalara baxmayraq Azərbaycan Elşad Abdullayevi Bakıya gətirə bilmir.

image-2c02b358-2772-4570-ba92-0cf097486971

Maraqlı nüanslardan biri də bundan ibarətdir ki, hazırda Rusiya Federasiyasında yaşayan, həmyerlimiz Fuad Rzayev dəfələrlə həm Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, eyni zamanda Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev cənablarına Elsad Abdullayevin Azərbaycana nədən və hansı səbəblərdən gətirilmədiyi ilə bağlı yazılı müraciətlər edib. Hansı səbəbdənsə Fransa interpolunun milli mərkəzi bürosuna Elşad Abdullayevin işinin verilmədiyini, hansı əsaslarla beynəlxalq axtarışa verilən Abdullayevin Azərbaycana niyə gətirilmədiyinə cavab tələb edib.

Baş prokurorluğa ünvanladığı müraciətində Azərbaycan xalqına məxsus sərvətləri talayıb xarici dövlətlərdə öz şəxsi maraqları üçün xərcləyənlərə qarşı niyə təxirəsalınmaz addımlar atılmadığını da qeyd edib. Onu da qeyd edək ki, Elşad Abdullayev Azərbaycan dövlətinin başıçısına və digər rəsmi şəxslərə qarşı böhtan və təhqirlər dolu paylaşımlar edən Avropadakı söyüş maşını sayılan şəxsləri maliyələşdirdiyi heç kimdə sirr deyil. Rusiya Federasiyası ərazisində də Elşad Abdullayevin törətdiyi qanunsuzluqlarla bağlı Rusiya Federasiyası Daxili İşlər nazirliyinə də müraciətlər ünvanlayıb. Rusiya Federasiyasının Daxili İşlər naziri Kolokoltsev Vladimir Aleksandroviçə ünvanladığı məktubuna cənab Vladimir Kolokoltsevin imzası ilə daxil olan cavab da çox maraqlıdır.

image-6098fcdb-81db-426d-94c6-9f00d9d4425b

Vladimir Kolokoltsevin Fuad Rzayevə cavab məktubunda qeyd edir ki, Rusiya Federasiyasının Daxili İşlər nazirliyində Elşad Abdullayevə qarşı Azərbaycan Respublikası tərəfindən CM-nin bir sıra maddələri ilə cinayət işi açılığı haqqında məlumat var. Eyni zamanda Elşad Abdullayevin hazrda Fransada yaşadığı ünvan haqqında da geniş məlumata malikdirlər. Əgər Azərbaycan tərəfi Rusiya Federasiyası DİN-nə onun yeri ilə bağlı müraciət etsə, onlar Azərbaycana sevə-sevə kömək edə bilərlər.

Rusiya Federasiyasının Daxili İşlər naziri bu cavab məktubunda açıq şəkildə Azərbaycanın hüquq-mühafizə orqanlarının işinə ironiya ilə yanaşır. Maraqlısı budur ki, görəsən Azərbaycana qarşı Avropada gizlənən bu şantajçı Abdullayev çoxmu gizlənəcək? Hansısa bir mərhələdə Azərbaycanın DİN-yi və Baş Prokrorluğu bu şantajçını Azərbaycana gətirmək fikrindədirmi? Bütün bunları yəqin ki,zaman göstərəcək.

image-c9a05487-a47f-4be0-b5b2-9becc91010d7

Məlumat üçün bildirək ki, Elşad Abdullayevin oğlu Elşən Abdullayev qanunsuz yollarla Moskvad ikili vətəndaşlıq alıb. Hal hazırda orada məskunlaşmasına baxmayaraq ailəsindən ayrı yaşayır. Ancaq Rusiyanın qanunlarına zidd şəkildə orada vətəndaşlıq almağa nail olub. Bu əməkdaşlığı sübut edən fotofaktı sizə təqdim edirik.
Elşən Abdullayev vaxtilə qanunsuz yolla və atasının əlaqələrindən yararlanaraq Rusiya vətəndaşlığı almağa nail olmuş və Moskva vilayətinin Odintsovo şəhərinin Morfino küçəsi 26 B ünvanında yaşayaraq indiyədək atasının Rusiyadakı əmlakını idarə etməkdə, kommersiya fəaliyyətini davam etdirməkdədir

.Rusiya DİN-dən Elşad Abdullayevlə bağlı açıqlama: Yerini bilirik, Azərbaycan istərsə…
Rusiya DİN-dən Elşad Abdullayevlə bağlı açıqlama: Yerini bilirik, Azərbaycan istərsə…

Paylaş
Xəbər lentİ