Sərhəd Xidmətinin Polkovniki ölüm aclığına başlayıb.

Oxunma sayı: 806
25-06-2024, 23:14

Sərhəd Xidmətinin Polkovniki ölüm aclığına başlayıb.
Dövlət Sərhəd Xidmətinin zabiti məhkəmə qərarından narazıdır.
Araşdırma.info xəbər verir ki, bu barədə polkovnikin qohumları redaksiyaya müraciət ünvanlayıb. Müraciətdə Dövlət Sərhəd Xidmətində 22 illik qüsursuz xidmət göstərən polkovnik leytenant Məmmədov Eldar Vaqif oğlunun nahaq yerə həbs olunduğunu və Apelyasiya şikayətinə obyektiv baxılmadığı barədə məlumat qeyd olunub.

Ölüm aclığı elan etmiş, 22 illik qüsursuz fəaliyyəti olan zabitin ŞİKAYƏTİ.......

"Cənab Ali Baş Komandana
Bakı Apellyasiya Məhkəməsində haqsızlığa məruz qalmış hərbçi Məmmədov Eldar Vaqif oğlu tərəfindən
ŞİKAYƏT
Cənab Ali Baş Komandan!
Yüksək diqqətinizə çatdırıram ki, Bakı Apellyasiya Məhkəməsinin (zərərçəkmiş şəxsin və ittiham tərəfinin notariusunun) sədri Mübariz Əkbərov , hakimi Həsən Əhmədov Dövlət Sərhəd Xidməti ilə əlbir olaraq mənə qarşı terror törədirlər.
Şəxsən Mübariz Əkbərov tərəfindən barəmdə qətimkan tədbirinin dəyişdirilməsinə, tam məhkəmə istintaqının aparılmasına və həqiqətin müəyyən olunmasına maneə yaradılır. Buna etiraz əlaməti olaraq mən ölüm aclığına başlayıram.
Başıma hər hansı bədbəxt hadisə gələcəyi təqdirdə bunun səbəbkarı şəxsən Mübariz Əkbərov (və notariusu Həsən Əhmədov) olacaqdır.
Vəkilim kimi sizdən tələb edirəm ki, bu şikayətimi mətbuatda işıqlandırasınız."

Xatırladırıq ki, polkovnik leytenant Məmmədov Eldar Vaqif oğlu CM-in 342.1-1-ci maddəsi ilə mühakimə olunub və bu maddənin yüngülləşdirici halları nəzərə alınmayıb.

Paylaş
Xəbər lentİ