Bakıdakı evində şir saxlayan ailənin FACİƏSİ

Oxunma sayı: 47
26-06-2024, 15:16

Bakıdakı evində şir saxlayan ailənin FACİƏSİ
Noyabr ayında o dəhşətli hadisənin 34 ili tamam olur. 1980-ci ildə Bakıda baş vermiş ailə faciəsi bü gün də eşidənləri şoka salır. Bu haqda bəlkə də çoxları heç nə bilmir...


Arasdırma.info xəbər verir ki,modern.az saytı hadisə barədə öz oxucularına daha ətraflı məlumat verməyi qərara alıb.

Bakıdakı mənzillərində vəhşi heyvanlar - şir və puma saxlayan Bərbərovlar ailəsi bu qeyri-adi hobbilərinə görə o zamanlar bütün SSRİ-də məşhur idi. Lakin 1980-ci il noyabrın 24-də baş verən faciə vəhşi heyvanlarla bir yerdə yaşamağın nə qədər təhlükəli olduğunu göstərdi.

Bərbərovlar ailəsində ilk şir təsadüf nəticəsində peyda olmuşdu. Nina Bərbərova qızı Yeva ilə Bakı Zooparkında gəzərkən təsadüfən xəstə və anası tərəfindən atılmış şir balasını görür. Qızı Yevanın istəyi ilə Nona Bərbərova ailənin başçısı, ixtisasca memar olan Lev Lvoviç Bərbərovdan həmin şir balasını evə götürməyi xahiş edir. Heyvanlara xüsusi sevgisi olan Lev Lvoviç xanımının sözünü yerə salmır və Zoopark işçilərinin icazəsi ilə şir balasını mənzillərinə gətirir. Tezliklə bütün ailənin sevimlisinə çevrilən şirə Kinq yəni Kral adı verilir.

Kinq sakit təbiəti ilə seçilirdi və heç bir halda ətrafa aqressiya nümayiş etdirmirdi. Hər gün göz önünüdə böyüyən Kinq artıq 1 ildən sonra iri cüssəli məğrur şirə çevrilir. Bu zaman artıq o südlə deyil, ətlə qidalanmağa başlayır. Qeyd etmək lazımdır ki, 24 saat nəzarət altında olan Kinq Bərbərovların mənzildə saxladıqları yeganə heyvan deyildi. Evin digər sakinlərini sonralar Nina Bərbərova belə xatırlayacadı.

“Mənim ərim Lev Lvoviç hər cür heyvanı xoşlayırdı. Ona görə də 100 kvadrat metrlik evimizdə mən və övladlarımdan başqa, çoxlu heyvan və quşlar da var idi. Şir balası da evimizdə təsadüfən peyda olmadı. Bir dəfə qızımla Bakı Zooparkını gəzərkən Yeva qəfəslərdən birində balaca, zəifləmiş və pis vəziyyətdə olan şir balasını gördü. “Ana, ora bax, orda it ölmək üzrədi” deyə qızım mənə onu göstərdi. Mənsə, ona dedim ki, “qızım, bu it deyil, bu heyvanların şahı olan şirin balasıdı. Yəqin o xəstələnib”. Sonra Zoopark müdirindən xahiş etdim ki, o xəstə şir balasını bizə versin.

Bizim tanış veterinar həkimimiz var idi - Mixail Smirnov. O bizə şirə qayğı göstərməkdə yardım etdi. Onu təbii ki, heyvanlar şahı olduğu üçün Kinq adlandırdıq. Fikirləşirdik ki, o, böyüyüb güclənəndən sonra yenidən Zooparka qaytaraq. Lakin Kinqi Zooparka qaytaranda yolda o özündən çıxdı, az qaldı ki, maşını da aşırsın. Bizə dedilər ki, o daha nə Zooparkda, nə də ki, vəhşi təbiətdə yaşaya bilər. Məcbur oluv onu mənzilimizdə saxlamalı olduq”.

Evlərində şir saxlayan Bərbərovlar ailəsi təkcə Bakıda deyil, bütün SSRİ-də məşhurluq qazandı. Bərbərovlar ailəsi haqda bir neçə sənədli film çəkildi. Sovet alimləri isə ailənin şirlə yaşayışını elmi təcrübə kimi müşahidə edirdilər. Müəyyən mənada “ev şirinə” çevrilən Kinq ətrfadakı insanlara təhlükə törətmədiyi üçün tezliklə kinolarda da yer almağa başladı.

p" >

Kinq tezliklə “Şir evdən getdi”, “Oğlan, qız və şir” və bu filmlər arasında ən məşhuru olan “İtalyanların Rusiyadakı qeyri-adi sərgüzəştləri”ndə çəkilir. Lev Bərbərov isə öz memarlıq sənətini tərk edir və sırf Kinqin kino prodüseri kimi kinostudiyalarla danışıqlar aparmağa başlayır.

Nina Bərbərova: “Kinq ərimə heyran idi. Qadın olduğumu anladığı üçün mənə qarşı da mehriban idi. Bilmirəm bu onda erkək qısqanclığı idi, yoxsa başqa səbəb var idi, amma yetkinlik yaşına çatdıqdan sonra Kinq bizim çarpayıda, ərimlə mənim aramda yatırdı. Bir də gecə yarısı güclü səsdən ayılıb görürüdüm ki, ərim döşəməyə yıxılıb”.
Kinq öz sahibini çarpayıdan itələyərək bir növ 3-cü şəxsin yataqda artıq olduğnu bildirmək istəyirdi. Mərhum Lev Lvoviç Kinqin bu şıltaqlığına görə çox əziyyət çəkmişdi.

Bərbərovların ailəvi dostu olan fotoqraf Vladimir Alekseyev də Kinqi “ev pişiyi” kimi xarakterizə edir:

“Onlar Kinqi daim isti şəraitdə saxlayırdılar. İlk vaxtlar onun qabaq pəncləri hərəkət edə bilmirdi. Günlərlə edilən massajlardan Kinq qabaq pənclərini hərəkət gətirə bilsə də, pəncələrdəki qüsur ona ömrü boyu qaldı. Əgər “İtalyanların qeyri-adi sərgüzəştləri” filminə baxsanız, orda küçədə qaçan Kinqin ön pənclərindəki qüsuru müşahidə edə bilərsiniz. Kinq çox gözəl və mehriban şirə çevrilmişdi. O özünü əsl ev pişiyi kimi aparırdı. Bir problem var idi ki, o, qonaqları yekə dili ilə yalayırdı. Amma Kinq adamı çox bezdirəndə onu qovmaq, üstünə qışqırmaq olurdu. Belə olanda o sakitcə uzaqlaşır və mənzildə öz yerinə çəkilirdi.

Kinqin artistik qabiliyyətləri erkən yaşlarından, o hələ oyuncaq dostu Bonifatsi ilə müxtəlif oyunlar oynayan zaman sezilirdi. Bunu hiss edən azərbaycanlı kinomatoqrafçılar onu 2 filmdə - “Qız, oğlan və şir” və “Şir evdən getdi” çəkmişdilər”.

Vladimir Alekseyev deyir ki, Bərbərovların qonşuları şirlə qonşu olaqdan heç də xoşhal deyildilər. Bakının mərkəzində yaşayan ailənin 2-ci mərtəbədəki mənzillərindən ətrafa pis qoxu yayılırmış. Bundan başqa, Kinq müxtəlif saatlarda heyvanların şahı olduğunu xatırlayaraq, dəıhşətli nərə çəkirmiş. Qonşuluqda yaşayan ailələr isə bundan qorxuya düşürmüşlər. Bərbərovlar Kinqi səhər tezdən küçədə gəzdirir və çox vaxt evlərinə qayıdarkən binanın dəhlizində qonçuları ilə üzləşirdilər. 200 kiloqramlıq şirlə üz-üzə gələn qonşular daim həyacan və qorxu içində yaşayırdılar.

Paylaş
Xəbər lentİ