178-ci maddə, ən çox həbs olunanlar pul atanlardı.

Oxunma sayı: 65
20-08-2024, 22:53

178-ci maddə, ən çox həbs olunanlar pul atanlardı.
Cəmiyyətdə bir birinə pul atmaq, dəb halını alıb.Yəni işə düzəltmək,əsgərlikdən saxlamaq ,instituta qəbul etdirmək,torpaq almaq və s kimi işlərin görülməsi üçün müxtəlif fırıldaqçılar insanların etibarından istifadə edərək müəyyən məbləğdə pul alır və geri qaytarmır.
Bu kimi dələduzların sayı hesabı yoxdur.Bir ucdan hüquq mühafizə orqanları onları saxlayarasq həbsxanalara göndərir.Digər tərəfdən göbələk kimi başqaları peyda olur.Bu gün də Aygün Həsənova adlı qadın həbs edilib.
Publika.az-ın əlumatına görə o, Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq) maddəsinə əsasən məsuliyyətə cəlb edilib.
Yenə də dələduzluq,yenə 178-ci maddə.

Məlum olub ki, paytaxtda gözəllik salonunda çalışan Aygün tanış olduğu Pərvanə adlı qadına özünü Bakının rayonlarından birində icra başçısının katibəsi kimi təqdim edib. Pərvanənin iş axtardığını öyrənən Aygün, onu aldadaraq pul almaq niyyətinə düşüb. Bu məqsədlə o, Pərvanəyə işini dəyişdirəcəyini və İcra Hakimiyyətində katibə vəzifəsində boş qalan yerə təyin etdirəcəyini deyib. Buna inanan Pərvanə, Aygünün təklifini qəbul edib. Aygün bu təyinat üçün 15 000 manat tələb edib və pulu ödəməsi üçün Pərvanədən 7 700 manat alıb.

Daha sonra Aygünün icra hakimiyyətində işləmədiyi və çoxsaylı şəxslərə borclu olduğu üzə çıxıb, buna görə də onun barəsində polisə şikayət edilib.

Avqustun 5-də Aygün Həsənova həbs edilib. Masallı Rayon Məhkəməsinin qərarı ilə ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Paylaş
Xəbər lentİ