Kanadada professor adını alan ilk azərbaycanlını uğura aparan cümlə

Oxunma sayı: 26
28-09-2024, 23:45

Kanadada professor adını alan ilk azərbaycanlını uğura aparan cümlə
Gənc vaxtı eşitdiyi "heç azərbaycanlıların fizika ilə məşğul olduğunu görməmişdim" cümləsi karyera yolunda ən böyük silahı olub. Məhz bu cümlədən aldığı güclə millətlər içində özünü sübut edib, hətta yaşadığı ölkədə fizika sahəsində ilk azərbaycanlı professor adını alıb.

"Kaspi" qəzetinin Kanadada professor adını alan ilk azərbaycanlı Arzu Sərdarlı ilə müsahibəsini təqdim edirik.

Goranboy rayonunda anadan olub və orta təhsilini də burada alıb. Ali təhsilini Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsində davam etdirib. Bir müddət Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda işlədikdən sonra 1993-cü ildə Ukraynaya köçüb. Ukrayna Elmlər Akademiyasının Yarımkeçiricilər Fizikası İnstitutunda fəaliyyət göstərib, burada gənc alimlər üçün prezident təqaüdünə layiq görülüb. 1999-cu ildən Kanadada yaşamağa başlayıb. Kanadanın Alberta Universitetində riyaziyyat və fizikanı tədris edib. 2007-ci ildən müəllimlik fəaliyyətini Kanada Birinci Millətlər Universitetində (Firts Nations Univercity of Canada) davam etdirir. O, həmçinin, 2016-cı ildə Kanadada Tam Professor (Full Professor) akademik rütbəsini alaraq ilkə imza atır. Həmsöhbətimiz müxtəlif elmi nailiyyətlər və mükafatlar sahibdir.

Paylaş
Xəbər lentİ