Qalmaqallı məktəb yenidən gündəmdə - "Dərslər başlayandan rahatlığımız pozulub" - VİDEO

Oxunma sayı: 28
28-09-2024, 23:56

Qalmaqallı məktəb yenidən gündəmdə - "Dərslər başlayandan rahatlığımız pozulub" - VİDEO
Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən qalmaqallı Laçın qaçqın məktəbi qəzalı vəziyyətdə olsa və təhlükəli ərazidə yerləşsə də, yeni tədris ilindən yenə də fəaliyyətini davam etdirir.
Qeyd edək ki, məktəbin yolu qəsəbə sakinlərinin həyətindən keçir. Məktəbin direktoru və müəllimlər avtomobilləri ilə həmin dar dalandan istifadə edirlər. Bu isə Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, M.Topçubaşov küçəsi, ev 246 ünvanında yaşayan sakinlərin, xüsusən də azyaşlıların həyatı üçün təhlükə yaradır.
Təxliyyə çıxışı və yanğından mühafizə sisteminin olmaması, həmçinin tikinti norma və qaydalarına zidd olaraq tikildiyi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi müvafiq qurumlara məsələ ilə bağlı tədbir görülməsi barədə müraciət ünvanlayıb. Buna baxmayaraq, sakinlərin narahatlığına səbəb olan məktəbin köçürülməsi ilə bağlı nə Təhsil Nazirliyi, nə də digər qurumlar tədbir görməyiblər.

Bakupost.az -a daxil olan məlumata görə, əli hər yerdən üzülən sakinlər (Şərifli Bəhruz Elxan oğlu, Zahirov Nadir Şərif oğlu, Zahirova Təranə Zöhrab qızı, Zahirova Zəminə Ağadadaş qızı) məsələ ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər.
Müraciətdə bildirilir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin 8 avqust 2024-ci il tarixli, 3-35-1/2-2060/2024 saylı məktubuna əsasən, qanunsuz inşa edilmiş tikilinin içərisində fəaliyyət göstərən Laçın qaçqın məktəb barədə və həmən məktəbin direktor vəzifəsini icra edən Piyalə Xudayarovanın qanunsuz əməlləri ilə bağlı Təhsil Nazirliyinə ünvanlanan çoxsaylı kollektiv şikayətlər bu günə qədər öz həllini tapmayıb:
"Bu səbəbdən mətbuata səslənərək, problemlərimizi ictimaiyyətlə, doğma xalqımızla bölüşmək məcburiyyətində qaldıq və çox geniş oxucu, izləyici kütləsinə malik olan “Real TV” və “BakuPost” kanallarının jurnalistlərini evimizə dəvət edib, rastlaşdığımız mübahisənin ədalətli həlli istiqamətində yardım istədiq.

Paylaş
Xəbər lentİ