Tanınmış LOR, plastik, və rekonstruktiv, estetik cərrah Fuad Abdullayev.
Tanıyanlar, ona pənah gətirənlər Fuad həkimin adını qürur və məhəbbətlə çəkirlər. Bu, bir tərəfdən həkimin dünyada ən hümanist peşə sahibi olmasından, yüzlərlə insana sağlamlıq, yeni görkəm bəxş etməsindən irəli gəlirsə, digər səbəb onun şəxsiyyətinin bütövlüyündən, ziyalı, həkim adını şərəflə daşımasından qaynaqlanır.
İnsanlara sağlıqlı ömür bəxş edən, öz işindən zövq alan bir zəka, şəfa sahibidir Fuad həkim. O, mənalı ömrünün günlərini bir qığılcım kimi közərən həkimlik peşəsinə sərf edir. Həkimlik çox riskli sənətdir. Burada həyata qayıdış da var, ölüm də var. Amma bacarıqlı, savadlı, öz peşəsini sevən şəfalı əllərdən həyata qayıdış daha gözəldir. Bu cəsarətlilik öz ömründən başqalarının ömrünə ömür calamaq deməkdir. Niyə? Çünki hər ağır itkini yenidən həyata qaytarmaq çox çətindir, qurumuş ağacı göyərtməyin çətinliyi kimidir. Burada yuxusuz gecələr, təhlükə həyəcanı, qorxu qarışıq ümid hissi var. Ümid çırağını sönməyə qoymayan həkim ölümə qalib gəlir.
Həkim adını daşımaq nə qədər məsuliyyətli olsa da, bir o qədər də şərəflidir. Hər kəsin öz sağlamlığını və həyatını etibar edəcəkləri qədər inamını qazanmaq hər insana nəsib olmur. Möcüzəli əlləri ilə insanlara şəfa bəxş edərək, möhkəm xarakteri ilə səhhətlərində yaranmış problemlərini unutduraraq onların ehtiramını qazanmaq həkimlərin peşə vəzifələrinin ən ümdə məqamlarından biridir.
Fuad həkim öz ləyaqətli davranışı, dürüstlüyü, insanpərvərliyi, qayğıkeşliyi, illərin təcrübəsi, insanlara sağlamlıq, eləcə də gözəllik bəxş etmək məharəti ilə onların etibarını və rəğbətini qazanmış həkimlərdəndir. Təsadüfi deyil ki, pasientləri Fuad həkim barəsində danışanda deyirlər ki, “gözəl insandır və “əlləri qızıldır”.
Hər kəs həyatda ötən ömür payını yaşayır. Xoşbəxt o insandır ki. adı, ünvanı, işlədiyi kollektiv arasında hörmətlə çəkilir, bircə dəfə verilən ömrü elə yaşayır ki, el sevgisi qazanır, ona müraciət edənlərin, işlədiyi kollektivin istəklisinə çevrilir, hamı, böyüklü-kiçikli xətir-hörmətini saxlayır. Həmin insanların ömürlərindən çoxlarının ömrünə işıq düşür. Bir də ki, ömür o vaxt qiymətli və dəyərli olur ki, o mənalı yaşanır. Həmin ömür insanlara xidmətə yönəlir, cəmiyyətə xidmət edir. Belə şərəfli ömür yaşayanlardan biri də Fuad Abdullayevdir.
O, bu gün respublikamızın Səhiyyə sahəsində qədərincə tanınıb və respublika miqyasında kifayət qədər ad-san qazana bilib. Cəmiyyətdə nüfuz qazandığı kimi, işlədiyi kollektivdə də bir şəxsiyyət kimi sevilir. Onun səyi nəticəsində işlədiyi sahədə peşəkar, öz işinin öhdəsindən layiqincə gələn kadr potensialı toplanmışdır. Tanınmış lor, estetik cərrah Fuad Abdullayev haz;rda NEW MED klinikasında fəaliyyət göstərir. O, hər zaman ünsiyyətdə olduğu, əlaqəli şəkildə işlədiyi pasientlər tərəfindən bir insan kimi yüksək qiymətləndirilib. Çünki işini biləndir, həyatda nə qazanıbsa zəhməti, alın təri ilə əldə edib. Öz sahəsinin peşəkarıdır, tapşırılan hər bir iş bir qayda olaraq tez və keyfiyyətlə icra olunur. Fuad həkim özünə və ətrafındakı insanlara qarşı çox diqqətcil və qayğıkeşdir, nəzakətli, ciddi və mənəvi dəyərlərin daşıyıcısı, saf əqidəli insandır. Bu gün cəsarətlə demək olar ki, sözügedən şəxs bacarıqlı rəhbər kimi Azərbaycanın səhiyyə sahəsi tarixinə adını qızıl hərflərlə yazmış insanlardandır. Bu gün çox nikbindir, Azərbaycanımızın uğurlu sabahına inanır və bunun üçün üzərinə düşən bütün vəzifələri bir həkim kimi vicdan və məsuliyyətlə yerinə yetirir. Fuad Abdullayev öz peşəkarlığı və tibb sahəsində uğurlu əməliyyatları ilə həmişə uğur qazanıb. Bir çox insanlar burunun sifətə uyğun olmaması və ya çəpər əyriliyi səbəbiylə plastik cərraha müraciət edir.Təbii ki,əməliyyatdan sonra xeyli fərqlə gözəl nəticə əldə olunur. Həm çəpər əyriliyi aradan götürülür, həm də insan normal və gözəl buruna sahib olur.
Adını çəkdiyimiz əməliyyatları həkim otorinolorinqoloq, Plastik və rekonstruktiv cərrah Fuad Abdullayev məharətlə həyata keçirir.
Fuad Abdullayev oludqca hümanist həkimdir. Xəstələrin maddi durumunu nəzərə alaraq burundakı forma qüsurları və eyni zamanda çəpər əyriliyini aradan qaldırmaq kimi əməliyyatlarda tez-tez endirim kampaniyaları da təşkil edir.
Doktor Fuad Abdullayev 20 illik təcrübəyə malikdir və indiyə kimi mindən artıq burun əməliyyatı həyata keçirib.
Onu da qeyd etmək lazımdır ki,burun əməliyyatı yalnız estetik prosedur deyil. Əməliyyat həm də burun funksiyasını qorumaq və ya pasiyentin obstruktiv proses səbəbiylə hava axını azalıbsa, onu yaxşılaşdırmaq məqsədi daşıyır. Bu, əməliyyatın mürəkkəbliyini artırır, çünki funksional problemləri düzəltmək üçün daxili burun strukturları dəyişdirilməlidir. Fuad həkim pasiyentlərin burnundakı forma qüsurlarına uyğun olaraq düzgün yanaşma ilə gözəl nəticə əldə edir. Pasientlər Fuad həkimdən olduqca razıdırlar və dəfələrlə bilirirlər ki, cərrahımızın xidmətlərindən hər kəs yararlansın. Həmişə peşəkar həkimlərə müraciət edin, uğurlu nəticədən yararlanın və razı qalın! Çünki ən doğrusunu peşəkarlar bilir!!! Fuad həkimlə görüşməyə, məsləhət almağa tələsin!
Hazırda eyni vaxtda abdominoplastika, mammoplastikadan tutmuş burun əməliyyatlarına kimi hər cür əməliyyat edir.
Sağlam, gümrah görünmək hər kəsin diləyidir. Bu diləklə də Fuad həkim- Sizə üz tutanlara diqqət və qayğınız Sizi daha ucadan uca, doğmadan doğma edir. Bu inamı, bu etibarı qazanmağınız, şərəflə və fərəhlə sağlamlıq keşiyində dayanmağınız, şəfqət bəxş etməyiniz bəndəyə xoş olduğu qədər də Tanrıya xoşdur! Tanrı sizi qorusun, əziz, dağ vüqarlı, peşəkar həkim !
Bütün insanlığı , gələcəyimizi, ruhumuzu, mənəviyyatımızı təmizliyə, paklığa aparan böyük həkim, dəyərli şəxsiyyət, incə ruhlu həkim Fuad Abdullayevə mənalı ömür yolu, çoxlu müvəffəqqiyyətlər, ən böyük uğurlar, yeni-yeni nailiyyətlər və ən uca zirvələri fəth etməyi arzulayırıq. Hər zaman indiki kimi şəfqətli, xeyirxah və işıqlı olasınız.
//Nisə Rzayeva
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70