Elnur Eltürk AMEA-dakı vəzifəsindən çıxlmasından danışdı: "Mənə bildirdilər ki..."

Oxunma sayı: 487
10-09-2020, 21:07

Elnur Eltürk AMEA-dakı vəzifəsindən çıxlmasından danışdı: "Mənə bildirdilər ki..."
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxananın direktor müavini Elnur Eltürk vəzifədən çıxarılması haqda açıqlama verib.
Teleqraf.com-a o, bu barədə geniş danışmaq istəmədiyini deyib:

“Müddətli əmək müqaviləsinin vaxtı bitdi. Mənə bildirdilər ki, müqavilənin müddətini artırmayacaqlar. Detallı olaraq müəyyən məsələlərə toxunmaq istəmirəm. Kitabxananın direktoru Sevil Zülfüqarova ilə öz aramızda söhbətlər etdik. Ona artıq işləmək istəmədiyimi dedim.

Ona görə də direktorla normal qaydada sağollaşıb işdən çıxdım. Fikirləşdim ki, orada qalmağım düzgün olmaz”.

Elnur Eltürk işdən ayrılandan sonra gələn iş təkliflərindən də danışıb: “Bütün dostlarım, o cümlədən deputatlar zəng edir. Konkret olaraq demirlər gəl hansısa yerdə işlə, amma dostlar deyir ki, iş baxımından problem ola bilməz. Bir müddət işləməyi düşünmürəm, müəyyən planlarım var”.

Qeyd edək ki, Elnur Eltürk 2016-ci ilin may ayından Mərkəzi Elmi Kitabxanada çalışmağa başlayıb. O, sentyabrın 8-də AMEA-dakı işindən çıxıb.

Ölkədə "Vikipediya" sisteminin qurulmasında xidmətləri olub. Həmçinin Azərbaycanın diaspor hərəkatında on ildən çoxdur ki, fəaliyyət göstərir.

Paylaş
Xəbər lentİ