Azərbaycan ziyalısı

Oxunma sayı: 854
8-06-2019, 09:00

Azərbaycan ziyalısı
Media Arasdırma Mərkəzi tərəfindən Hüseynov Səfər Rza oğlu "Azərbaycan Ziyalısı" adına layiq görülüb.
Xatırladırıq ki,Səfər Hüseynov 1947-ci ildə Bakı şəhərində anadan olub.Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirdikdən sonra Ədliyyə sistemində çalışıb.
Uzun müddət Ədliyyə Nazirliyi Pentensiar Xidmətdə nümunəvi xidmət göstərərək dəfələrlə rəhbərlik tərəfindən mükafatlandırılıb.
Xidməti başa vurduqdan sonra vəkil kimi fəaliyyətə başlayıb.Vəkillər Kollegiyasının üzvü seçilib.1 saylı hüuq məsləhətxanasında çalışıb.İşlədiyi müddət ərzində yüzlərlə insana hüquqi yardım göstərib.Onu da qeyd etmək lazımdır ki,Səfər Hüseynov Silahlı Qüvvələrin Veteranı və Qarabağ Müharibəsi Veternıdır.Hal hazırda təqaüddədir,buna baxmayaraq o,ictimai fəaliyyətini davam etdirir.Belə ki,Səfər Hüseynov "Cabir Novruz"fondunun fəal üzvlərindəndir.Bütün tədbirlərdə əsil ziyalı kimi yaxından iştirak edir.
Bakının 2-ci Sovet küçəsi,6 nömrəli evdə böyük şairimiz Mikayıl Müşviq yaşayıb,yaradıb.Məhz, elə həmin 2-ci Sovet küçəsi(indiki 2-ci Nərimanov küçəsi)ev 6 da Səfər Hüseynov da anadan olub,böyüyüb boya-başa çatıb.
Belə ki,1938-ci ildə M.Müşviq və ailəsi repressiyaya məruz qaldıqdan sonra bu evdə, Səfər Hüseynovun ailəsi məskunlaşıb və Səfər Hüseynov da 1947-ci ildə bu evdə dünyaya gəlib və böyüyüb,boya-başa çatıb.Ona görə də,Səfər Hüseynovun ruhunda M.Müşviqin sanki ruhu yaşayır və Səfər müəllim bununla fəxr edir.Onun dediklərinə görə ,hal hazırda sökülmüş olan bu evin yerində,bu ünvanda M.Müşviqin ev muzeyinin yaradılması və onun abidəsinin yaradılması məsələsini gündəmə gətirəcəyini planlaşdırır.
Mikayıl Müşviqin yaşadığı evin şəkli heç bir yerdə əks etdirilməyib.Onun yaşadığı ev və həmin evdən şəhərin görünüşü yalnız xatirələrdə qalıb.
Lakin,Səfər müəllimin M.Müşviqə olan məhəbbəti,bu evin xatirəsinin yaşanması,gələcək nəsillərə ötürülməsi üçün,40-50 -ci illərdəki uşaqlıq yaddaşının köməyi və 10 tomluq Azərbaycan Sovet Ensklapediyasından götürülmüş bəzi faktlara əsaslanaraq,həmin evin təxmini mənzərəsini qara qələmlə canlandırmağa çalışıb və nail olub.
Azərbaycan ziyalısı

Səfər Hüseynovun arzusudur ki,,M.Müshviqin qətlə yetirildiyi Nargin adasının adının dəyişdirilərək M.Müşviqin adının verilməsidir ki,bu barədə müvafiq qurumlara müraciət edəcəyini qeyd edir.Onun bu və ya bunun kimi bir neçə yaxşı təklifləri var.Səfər Hüseynov Azərbaycanın ziyalısı adını daşımağa layiq bir insandır.Redaksiya adından Səfər Hüseynova can sağlığı və yeni yaradıcılıqlar arzu edirik.Nə yaxşı ki,belə ziyalılarımız var.

Paylaş
Xəbər lentİ