İcra başçısı iki diplomlu, xarici dil bilən qəhrəman zabitə süpürgəçi işləməyi təklif etdi - FOTO/VİDEO

Oxunma sayı: 319
7-05-2021, 17:44

İcra başçısı iki diplomlu, xarici dil bilən qəhrəman zabitə süpürgəçi işləməyi təklif etdi - FOTO/VİDEO
Pirallahı rayon İcra başçısı Vətən Müharibəsində qəhrəmancasına döyüşmüz zabitə süpürgəçi işləməyi təklif edib.

Publika.az xəbər verir ki, bu barədə İkinci Qarabağ müharibəsi iştirakçısı, taqım komandiri, baş leytenant İqbal Səfərov sosial şəbəkədə məlumat paylaşıb.

İ.Səfərov yazır:

“Vətən müharibəsindəki qələbəmizdən sonra ordudan tərxis olundum. Müxtəlif tarixlərdə Pirallahı rayon İcra basçısı Vasif İmanovla iki dəfə şəxsən gorüşmüşəm. İlk görüşümüz Xəzər rayon Hərbi Səfərbərlik İdarəsinin məni çağırıb, Cənab Prezidentimizin Sərəncamı ilə İcra hakimiyyətlərində yeni yaradılan Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsində şöbə rəisi kimi mənə iş təklifi etməsindən sonra baş verib. Tam səmimi şəkildə qeyd edim ki, hər iki görüşümüzdə cənab başçı həqiqətən məni yüksək şəkildə qəbul edib.

Paylaş
Xəbər lentİ