“Nə qədər ki, Ədliyyə Nazirliyinin fəaliyyəti şəffaf deyil, o zamana qədər də…”

Oxunma sayı: 281
10-06-2021, 00:19

“Nə qədər ki, Ədliyyə Nazirliyinin fəaliyyəti şəffaf deyil, o zamana qədər də…”
Vüqar Oruc: “MTK-lar binanı təhvil verdikdən sonra idarəçiliyi sakinlərə verməlidir”

Nazim Bəydəmirli: “Məsul qurumların özləri maraqlı deyil ki, problem həll olunsun”

Şəxsi mənzil sahibi olmaq hər kəsin arzusudur. Xüsusilə də Bakıda yeni tikilən binalarda qiymətlərin yüksək olması hər kəsə bu arzunu reallaşdırmağa imkanı vermir. Paytaxtda yeni tikililərin üzərində “tək şəxsiyyət vəsiqəsi ilə mənzil sahibi ol” elanlarını görmək olur. Lakin hər şey elanda qeyd olunan qədər bəsit deyil. Əksər hallarda MTK-lar (Mənzil-Tikinti Kooperativi) tərəfindən istehlakçıların hüquqları pozulur, onlar ya mənzilin sahəsində, ya da qiymətində aldadılırlar.

Correct.az xəbər verir ki, hokm.az-a açıqlamasında “VECON CONSULTİNG” qiymətləndirmə şikətinin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini Vüqar Oruc bildirib ki, bu məsələdə xüsusi müdaxiləyə ehtiyac yoxdur: “Yeni tikili binaların inşası və onların sonradan idarə edilməsi, habelə MTK-larla vətəndaşların arasındakı münasibətlərin tənzimlənməsi zamanı xüsusi müdaxiləyə ehtiyac var. Çünki hazırda tərəflər arasında münasibətləri tənzimləmə mexanizmi yoxdur. MTK-ların özbaşınalıq etdiyinə dair çoxsaylı faktlar və nümunələr var. Kommunal ödənişləri və xidmətlərin göstərilməsi, bina servislərinin xidmət haqlarının müəyyənləşməsi MTK-ların öhdəsindədir. Onlar isə öz istədiyi qiyməti və xidmət haqqını müəyyən edirlər. Təəssüf ki, bu özbaşınalığa görə heç bir quruma hesabat vermirlər. Bu mənada hesab edirəm ki, binanın tikildiyi andan etibarən vətəndaşlara satılmasına, həmçinin bina təsərrüfatının idarə edilməsinə qədər bütün məsələlər qanunvericiliklə tənzimlənməlidir”.
“Nə qədər ki, Ədliyyə Nazirliyinin fəaliyyəti şəffaf deyil, o zamana qədər də…”

Ekspert bildirib ki, dünya təcrübəsində oxşar nümunələr var: “Bakıda az da belə nümunələr var. Bəzi MTK-ların korporativlərə çevrilməsi müşahidə olunur. Yəni binaların idarə edilməsi həmin binanın sakinlərinə həvalə edilir. Sakinlər bir ittifaq yaradaraq binanın ehtiyaclarını xidmət və digər məsələləri müzakirə edirlər. Bu təcrübədən Rusiyada, Türkiyədə də geniş istifadə olunur. Bu zaman xidmətlər yüksək səviyyədə tənzimlənir. Bu metodun daha effektiv olacağını düşünürəm. Təcrübə göstərir ki, bəzən eyni mənzillər bir neçə sakinə satılır. Bununla bağlı müxtəlif addımlar atılsa da, tam qarşısı alınmayıb. Ayrı-ayrı MTK-lar özbaşına satışı həyata keçirməməlidir. Bunun üçün mütləq reyestr olmalıdır. Onlar vətəndaş qarşısında məsuliyyət daşımalıdırlar. Belə halların qarşısının alınması üçün vahid nəzarət mexanizminin hazırlanması şərtdir”.

Hökumət bazarda qiyməti tənzimləməlidir" - NAZİM BƏYDƏMİRLİ
“Nə qədər ki, Ədliyyə Nazirliyinin fəaliyyəti şəffaf deyil, o zamana qədər də…”
İqtisadçı Nazir Bəydəmirli isə problemin köklü həllini qeyri-mümkün sayır: “Bununla bağlı kommersiya məhkəmələri yaradılıb. Lakin həmin məhkəmələrin də işi Əliyyə Nazirliyinin bürokratlarından asılıdır. Nə qədər ki, Ədliyyə Nazirliyinin fəaliyyəti şəffaf olmayacaq, bir o qədər də ona bağlı sahələrin fəaliyyəti bərbad olacaq. Azərbaycanda vətəndaşların MTK-lar bağll problemləri bitməyəcək. Onların hüquqlarının qorunması indiki halda real görünmür. Çünki məsul qurumların özləri bunun baş verməsində maraqlı deyil”. (APress.az)

Paylaş
Xəbər lentİ