"Azərbaycan 15 erməni əsir qarşılığında 97 min tank əleyhinə mina xəritəsini aldı"- Fuad Ələkbərov - FOTO

Oxunma sayı: 255
12-06-2021, 22:35

"Azərbaycan 15 erməni əsir qarşılığında 97 min tank əleyhinə mina xəritəsini aldı"- Fuad Ələkbərov - FOTO
"Cənubi Qafqazdan bəzi müsbət xəbərlər. Azərbaycan 15 erməni əsiri Ağdam bölgəsindəki 97 min tank əleyhinə və piyada əleyhinə mina xəritələrini Azərbaycana təqdim etmək müqabilində Ermənistana təhvil verib. Mübadilə bu gün Azərbaycan-Gürcüstan sərhədində baş verib."

Bizim.Media xəbər verir ki, bunu siyasi şərhçi Fuad Ələkbərov özünün Tvitter hesabında bildirib.


"Erməni analitiklər və siyasi mütəxəssislər belə bir xəritələrin olmadığını, müharibədə qoyulan minaların erməni qüvvələri geri çəkildiyi zaman tələsik dağıdıldığını iddia edirdilər. Bu xəbər onların yalanlarını ifşa etdi"

Qeyd edək ki, bu gün - 2021-ci il 12 iyun tarixində Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyan da sosial şəbəkə hesabında paylaşım edib. O, qaytarılan erməni əsirlərin fotosunu paylaşaraq "15 erməni qardaşımız geri dönür" deyə qeyd edib.

Paylaş
Xəbər lentİ