Abel Məhərrəmovun restoranının administratoru həbs edildi

Oxunma sayı: 269
12-06-2021, 23:00

Abel Məhərrəmovun restoranının administratoru həbs edildi
Dünən Bakı Dövlət Universitetinin sabiq rektoru, keçmiş deputat Abel Məhərrəmova məxsus "Mona Liza" restoranında keçirilən toya görə şadlıq evinin administratoru Musa Balazadə məhkəmə qarşısına çıxarılıb.

"Arasdırma.info xəbər verir ki, o, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 8 sutka inzibati qaydada həbs edilib.

Qeyd edək ki, sözügedən toyla bağlı restoranın müdiri Şəmsi Şıxıyev 4 min manat cərimələnib.

Paylaş
Xəbər lentİ