"Kiminləsə quda ola bilərəm, ancaq bu toy demək deyil" — Səməd Seyidov

Oxunma sayı: 358
19-06-2021, 08:43

"Kiminləsə quda ola bilərəm, ancaq bu toy demək deyil" — Səməd Seyidov
"Bu gün bir sıra saytlarda məlumat gedib ki, mən oğluma toy eləmişəm, xeyr, bu doğru deyil."

Bunu Manşet.az-a açıqlamasında Milli Məclisin deputatı Səməd Seyidov bildirib. O daha sonra yayılan məlumatla bağlı bunları deyib:


" Mən bir daha rəsmi bəyan edirəm ki, heç bir toy məclisi keçirilməyib. Pandemiya dövründə bu ola da bilməz. Bəli, mən kiminləsə quda ola bilərəm, amma bu o demək deyil ki, mən toy eləmişəm. Övladlarımız gedib zaks ediblər, ancaq toy məclisi keçirilməyib."

Qeyd edək ki, deputatın oğlu Urxan Seyidov “EFES Elçin” kimi tanınan iş adamı, “CARÇIOGLU GROUP” MMC-in prezidenti Elçin Carçıyevin qızı ilə nikaha daxil olub. Yayılan məlumatda bu gün cütlüyün Bakıda toy mərasiminin keçirildiyi bildirilirdi.

Paylaş
Xəbər lentİ