Əbülfəs Qarayev xaricə getmək istəyərkən hava limanından GERİ QAYTARILDI - VİDEO

Oxunma sayı: 41
28-07-2021, 20:58

Əbülfəs Qarayev xaricə getmək istəyərkən hava limanından GERİ QAYTARILDI - VİDEO
Keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev Heydər Əliyev adına Beynəlxalq Hava Limanından xaricə getmək istəyərkən geri qaytarılıb.

Arasdırma.info bildirir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, Əbülfəs Qarayev səhhətində yaranan problemə görə Türkiyəyə getmək istəyərkən hava limanının əməkdaşları tərəfindən saxlanıb və geri qaytarılıb. Keçmiş nazir xaricə səfərinin təxirə düşməməsi üçün hava limanında bir çox yerlərə zənglər etsə də, nəticəsi olmayıb.

Əbülfəs Qarayevin hansı səbəbdən geri qaytarılması məlum deyil.

Qeyd edək ki, bir müddət əvvəl Əbülfəs Qarayevin Mədəniyyət naziri işlədiyi dövrdə nazirlikdə baş verən yeyintilərlə bağlı Hesablama Palatasının apardığı yoxlamalardan sonra Baş Prokrorluqda cinayət işi açılıb.

Paylaş
Xəbər lentİ