Zeynal Nağdəliyevin kollektivə təqdim etdiyi yeni başçının 1.5 milyonluq villası üzə çıxdı – VİDEO

Oxunma sayı: 254
16-09-2021, 01:29

Zeynal Nağdəliyevin kollektivə təqdim etdiyi yeni başçının 1.5 milyonluq villası üzə çıxdı – VİDEO
Şəmkirin yeni təyin olunan başçısı Rəşad Ənvər oğlu Tağıyevin 1.5 milyonluq villası üzə çıxıb.
Arasdırma.info Kanal24.az-a istinadən xəbər verir ki, Bakının Xəzər rayonunun 230 saylı məktəbinin keçmiş direktoru Elşən Qafarov Rəşad Tağıyev haqda maraqlı paylaşım edib. O əvvəl təhsil idarəsində çalışan Tağıyevin yeni tikdirdiyi milyonluq villasının fotosun paylaşıb. Keçmiş direktor paylaşımında villanın Rəşad Tağıyevin çox saylı mülklərindən biri olduğunu qeyd edib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2021-ci il tarixdə imzaladığı sərəncamla Rəşad Ənvər oğlu Tağıyev Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Dünən isə Rəşad Tağıyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən qurumun kollektivinə təqdim olunub.

Paylaş
Xəbər lentİ