BSU-da sabiq şöbə müdiri tələbələrin pullarını necə ələ keçirib? — Şahidlər danışır

Oxunma sayı: 263
12-10-2021, 18:33

BSU-da sabiq şöbə müdiri tələbələrin pullarını necə ələ keçirib? — Şahidlər danışır
Bakı Slavyan Universitetinin əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Arasdırma.info xəbər verir ki, bu günü Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Səriyyə Axundova ifadə verib.

O bildirib ki, onun 1200 manat təhsil haqqı Dürdanə Əliyeva tərəfindən mənimsənilib: "Mən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bakalavr bitirdim. Magistr təhsili almaq üçün universitet axtarırdım. Bakı Slavyan Universitetində bir müəllimə tanış var idi, o məni Dürdanə Əliyeva il tan elədi. Dürdanə Əliyeva mənə dedi ki, qəbul var. Bildirdi ki, əgər 3 illik təhsil alsan, illik təhsil haqqı 2200, bir illik təhsil üçün isə təhsil haqqı 1200 manatdır. Mən 1 illik təhsil proqramına daxil oldum. Dərs başlananda Dürdanə Əİiyeva məni çağırıb təhsil haqqını istədi. İlkin olaraq 1000 manat verdim, bir müddətdən sonra 200 manatı da verdim. Amma mənə təhsil haqqı ödənişi barədə heç bir qəbz vermədi. Mən ödədiyim pulun qəbzini tələb edəndə Dürdanə Liyeva öz imzası ilə mənə arayış verdi ki, həqiqətən məndən 1200 manat təhsil haqqı alıb.

Pulu ödəyəndən sonra tələbə yoldaşlarımdan maraqlandım, onlar təhsil haqqını müxtəlif rəqəmlər dedilər. Biri dedi 1000 manat ödmişəm, biri dedi 1100 manat, bəziləri 900 manat. Bu prosesdən şübhələnib Dürdanə Əliyevaya müraciət etdim. O isə dedi ki, həmin tələbələr qalıq məbləği ödəmək üçün vaxt götürüblər. //teleqraf

Paylaş
Xəbər lentİ