İnsan niyə gecə saatlarında “yumşalır”? - “Çılpaq şəkildə...”

Oxunma sayı: 382
24-11-2021, 23:42

İnsan niyə gecə saatlarında “yumşalır”? - “Çılpaq şəkildə...”
Gündüzlər günün ritminə uyğun fəal olmağa çalışan insanlar gecə duyğulu olurlar. Kövrək anlarda onlar “sandıq ədəbiyyat”ında kədərli şeirlər, sosial şəbəkələrdə nisgilli postlar yazırlar.

Arasdırma.info xəbər verir ki.mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən psixoterapevt Elmir Əkbər bunu bioloji ritmlə izah edir:

“İnsanın beyin fəaliyyəti günün saatları ilə bağlıdır. Məsələn, nəyə görə deyirik, tez yatıb, tez durmaq lazımdır. Çünki melatolin (insan bu hormon sayəsində həm yuxuya gedir, həm də yorğunluğu artırır) hormonunun ifrazı müəyyən saatlara bağlıdır.

İstər-istəməz günün hər bir saatında insanda tamam fərqli hormonların aktivliyi olur. Bəzilərində serotonin (sevinc hormonu - red.) yüksəlir, bəzilərində dopamin (xoşbəxtlik hormonu) və s. Ona görə də, gecə saatlarında insan daha emosional olur. Çünki beynin sol yarımkürəsinə daha çox bağlı olan konqnitiv funksiyalar gecə saatlarında nisbətən zəif işləyir. Ön plana sağ yarımkürə çıxır, yəni emosiyalar”.

E.Əkbər qeyd edib ki, yuxuda isə ümumiyyətlə, məntiq və şüur dincəlir, emosiyalar çılpaq şəkildə ortaya çıxır.

“Elə ona görə də, yuxularımız çox qəribə olur. Yuxularımızda məntiqə zidd prosseslər cərəyan edir. Sırf şüuraltı və emosiyalar hökm sürür. Hətta psixoterapevtlər ciddi insanlara, siyasətçilərə digər ciddi sahə damlarına heç vaxt gecə saatlarında vacib müsahibə vermə və qərar qəbul etməni tövsiyə etmirlər. Çünki kiminsə o saatlarda hissləri, emosiyaları oyana bilər. Bu vaxt adamı özündən çıxartmaq, arzulanmayam sözü deməsinə nail olmaq daha asandır. Hətta bu haqda atalar deyimi də var: “Gecənin xeyrindənsə, gündüzün şəri yaxşıdır”

Paylaş
Xəbər lentİ