Bakıda plastik əməliyyat etdirən ərəb qadının səhhəti pisləşdi

Oxunma sayı: 570
14-09-2019, 08:46

Bakıda plastik əməliyyat etdirən ərəb qadının səhhəti pisləşdi
Bakıya səfərə gələn Rasa Ellemzadaa adlı ərəb qadın plastik əməliyyat etdirdikdən sonra səhhətində problem yaranıb.

Arasdırma.infonun məlumatına görə, əcnəbi xanım Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik-Rekonstruktiv Cərrahiyyə klinikasına müraciət edib.

Onu plastik cərrahlar Elçin Zodanov və Pərviz Əhmədov əməliyyat edib. Ombasını böyütdürən və piylərini çəkdirən xəstənin əməliyyatdan sonra halı pisləşib. R.Ellemzadaa hazırda “Baku Medical Plaza”ya yerləşdirilib.

Klinikanın Reanimasiya və İntensiv terapiya şöbəsinin müdiri Elxan Bəşirov açıqlamasında məsələyə münasibət bildirib:

"Liposaksiyadan sonra belə hallara rast gəlmək mümkündür. Piy bolizması deyilən bir hal baş verir. Belə bir fəsad yaranması hallarına rast gəlirik. Xəstə hazırda klinikamızdadır, müalicə alır. Daha geniş məlumat verə bilmərik".

Əməliyyatı icra edən həkimlərdən olan P.Əhmədov isə ərəb qadını əməliyyat etdiklərini təsdiqləyib. O, xəstənin başqa klinikaya köçürülməsinin səbəbini isə belə izah edib:

"Xəstə komaya düşməyib. Bizim klinikada bir neçə gün qaldı da. Sadəcə, daha yaxşı şəraiti olan bir klinikaya getmək istədi. Onun Amerika sığortası var, yüksək şəraitdə müalicə almaq istəyir. Biz onu digər xəstəxanada da müayinə etmişik. Hazırda səhhəti yaxşıdır".Axsam.az

Paylaş
Xəbər lentİ