Narkoman sayını 30 faiz azaltmaq olar: “Dərman 40 qəpikdən 20 manata qalxıbsa…”

Oxunma sayı: 180
24-08-2022, 07:31

Narkoman sayını 30 faiz azaltmaq olar: “Dərman 40 qəpikdən 20 manata qalxıbsa…”
Narkomaniya digər zərərli vərdişlərə görə daha təhlükəli hesab edilir.

Narkotik maddələrin qəbulu ilə insan fizki və psixoloji cəhətdən məhv olur. Hazırda hər bir ölkə üçün bu problemin həlli yollarını tapmaq əsas vəzifələrdən biridir.

Bu gün ölkələr nəinki narkotik satışının, yayılmasının qarşısını almaq, həm də bu təhlükəli vərdişə düçar olanların sağalması üçün mübarizə aparırlar. Ölkəmizdə də narkotik istifadəçilərinin sayı kifayət qədərdir. Son vaxtlar narkomanların narkotik maddə əldə də bilmədikdə öz vəziyyətlərini stabilləşdirmək üçün əczaxanalardan alıb qəbul etdikləri dərmanların tapılmaması ilə bağlı fikirlər səslənir ki, nəticədə onu əldə edə bilməyən istifadəçilər cəmiyyət üçün daha təhlükəli olurlar.

Narkomaniyaya qarşı mübarizə ilə bağlı bir çox layihələr icra edən ekspert Emil Maqalov Cebhe.info-ya bununla bağlı bildirib ki, narkomanların dərman problemləri elə narkomaniya yaranandan var:



“Bəzi dərmanlar var ki, narkomanlar ona qatqılar qatıb vururlar, həmin dərmanların qiyməti 40 qəpik idi. Sonralar çox istifadə edildiyindən bəzilərinin qiyməti 40 qəpikdən 20 manata qalxdı. İkinci məsələ psixotrop dərmanlardır ki, onlar elə indiki kimi əvvəllər də reseptlə verilirdi. Ümumiyyətlə, istifadəçi narkotikə başladısa, artıq narkoman, xəstə olur və 3-5 dəfədən sonra həm fiziki, həm də psixi asılılıq yaranır. Bu zaman mütləq ağrıkəsicidən istifadə etməlidir. Həmin asılılıq yaranırsa, bunu mütləq edəcək. Narkoman düşünür ki, ağrıdan qurtulmaq üçün həmin dərmana 20 manat verməkdənsə, yaxud onu reseptlə çox çətinliklə əldə etməkdənsə, elə hər zaman olduğu kimi ondan 3 dəfə ucuz narkotik alar, ağrısı kəsər”.

Ekspert qeyd edib ki, aidiyyəti qurumlara, o cümlədən Səhiyyə Nazirliyinə videomüraciət edib:

“Hazırda narkomaniyanın qarşısını almaq üçün bütün inkişaf etmiş ölkələrdə “Zərərin azaldılması” layihəsi həyata keçirilir. Azərbaycanda da bu layihə 15 ildən artıqdır ki, reallaşdırılır və mən də həmin layihənin koordinatorlarındanam. Bu layihəyə bütün amillər- müayinə, müalicə, anonim psixoloq, narkoloq, hüquqşünas xidməti, steril materiallar, “metadon proqramı” və s. daxildir. Bu layihəyə bir qədər təkan versələr, həmin məsələni Avropa ölkələrindəki, Rusiyadakı kimi 30 faiz azaltmaq olar. Hazırda ölkədə işləyən bu proqrama əsasən əvəzedici terapiya tətbiq edilir. İki dəfə uğursuz müalicə almış və yaxud QİÇS kimi ağır xəstəliklə qeydiyyatda olan narkotik istifadəçilərini “metadon proqramı”na yazmaq olur. Əvəzedici terapiya, yəni onları narkotiki əvəz edən tibbi metadonla ağrıdan çıxarmaq olur. Bu proqrama ölkədə təkan vermək lazımdır”.

Paylaş
Xəbər lentİ