Azərbaycan kişisinin cinsi aktivliyinin səbəbi məlum olub.

Oxunma sayı: 252
11-10-2022, 18:37

Azərbaycan kişisinin cinsi aktivliyinin səbəbi məlum olub.
Ötən gün saytımızda Azərbaycan kişisinin müəyyən səbəblərdən qadınlara olan münasibəti və xəyanəti barədə məqalə dərc edilmişdik.Səhiyyə.infonun redaksiyasına bir neçə mürüciət daxil olub.
Müraciətdə qeyd olunan sensasion açıqlamalarda həkim və psixoloq fikri də var.
Belə ki,adının çəkilməsini istəməyən həkim seksopatoloq bildirdi ki,Azərbaycan kişisi heç də deyilən qədər xəyanətkar deyil.
Məsələnin səbəbini tamam başqa yerdə axtarmaq lazımdır.
"Hamı bilir ki,Azərbaycan kişisi yeyib içməyi xoşlayır.Əsasən də kabab,xəngəl,araq,pivə və s.
Bu baxımdan yaxşı yeyib içən insan sonrası da yaxşı seks istəyir.Ən azından yığılan kolorini yandırmaq,enerjini sərf etmək orqanizmin tələbidir.
Bu zaman həyat yoldaşı onun istəklərini nəzərə almır.Bu hal əhalinin təxminən 50-60 faizində müşahidə olunur.
Kişi isə, ətrafda bu qədər subay və boşanmış qadın olduğu halda ,təbii ki,ehtiyacını ödəmək üçün müxtəlif üsullardan istifadə edir."
Psixoloq Şərgi İbadov qeyd edir ki,kişilərin xəyanətinin əsas səbəbi həyat yoldaşının cinsi əlaqədə təcrübə və savadsızlığından irəli gəlir.
Mənasız və yersiz söhbətlər,eləcə də intim münasibəti maraqlı etmək üçün heç bir təşəbbüs göstərməməsi kişiləri kənarda sevgili tapmağa vadar edir.
Bundan istifadə edən təcrübəli və peşəkar əxlaqsıq qadınlar kişini tutmaq üçün müxtəlif fəndlər işlədir və istədiyinə nail ola bilirlər.
Mövzu çox geniş olsa da, qalmaqallı və günün mövzusu olduğundan məsələyə yenidən qayıdacağıq.//sehiyye.info

Paylaş
Xəbər lentİ