Onkoloqdan dəhşətli iddialar: “Xərçəngi sağaltmağa qoymurlar”

Oxunma sayı: 154
16-12-2022, 20:02

Onkoloqdan dəhşətli iddialar: “Xərçəngi sağaltmağa qoymurlar”
Arasdırma.info Lent.az-ın müsahibi onkoloq-cərrah İbrahim Əsədlidir

- Doktor, son zamanlar xərçəng xəstəliyi çox sürətlə yayılır. Buna ekoloji şərait səbəb ola bilər? Bəzi iddialara görə Bakı şəhərində radiasiya fonunun çox yüksək olması xərçəngin sürətlə artma səbəblərindən biridir.

- Bəli. Xərçəng artıq pandemiya sürəti ilə yayılır və bu artıq ictimai problemə çevrilib. Bunun subyektiv və obyektiv səbəbləri var. Obyektiv səbəb ondan ibarətdir ki, ekoloji durum getdikcə korlanır. İstifadə etdiyimiz bütün ərzaq məhsullarında konsorogen maddələr var. 100 il öncə həyatımıza bu qədər kimyasal maddələr daxil olmamışdı. Müxtəlif tərkibli yuyucu vasitələr, plastik qablar, müxtəlif üsullarla konservləşdirilmiş, illərlə saxlana bilən ərzaq məhsulları yox idi. İkincisi, elektromaqnit dalğalarından bu qədər çox istifadə etmirdik. İndi hər kəs internet, radio-televiziya, qısa dalğalar və sairlə əhatə olunub, radiasiyaya məruz qalır. Üçüncü faktor psixogen faktordur. Əvvəllər insanlar bir-birilə bu qədər sıx yaşamırdılar. Xərçəng əsasən urbanizasiyanın çox sıx olduğu yerlərdə inkişaf edib. Böyük meqapolislərdə ona daha çox rast gəlinir. Kənd təsərrüfatı ilə daha çox məşğul olan ölkələrdə, Afrika, Asiya, Braziliyada xərçəng geniş yayılmayıb. Subyektiv faktor isə ondan ibarətdir ki, heç bir onkoloq həkim deyil, onlar sadəcə olaraq məmurdurlar. Protokollardan kənara çıxa bilmirlər. Bütün dünyada onkoloqların protokollarını Səhiyyə nazirlikləri verir. Səhiyyə nazirliklərinə bu protokollar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən verilir. ÜST-ə isə bu protokollar beynəlxalq imperialistlər qrupu (onlara qlobalistlər də deyirik- red.) təqdim edir. Beynəlxalq imperialistlərin ən böyük qayğısı yer kürəsində insanların sayının artması ilə bağlıdır, onlar insan nəslinin sayının azalmasında maraqlıdırlar. Verilən protokollar xərçəngi sağaltmır, tətbiq edilən dərmanlar nə öldürmür, nə diriltmir, sadəcə pul tələsinə çevrilir. Onlar yer üzündə insanların sayını azaltmaq üçün bu qorxunc xəstəliyin sağalmasına səbəb olacaq effektiv üsulları tətbiq etməyə qoymurlar. Rəsmi onkologiya sadəcə bildirir ki, xərçəngin yaranma səbəbi bəlli deyil.

- Yəni müalicə üsulları var?

- Bəli var. Naturopatik müalicə metodu xərçəng xəstəliyini sağaltmaq üçün indilik ən effektiv üsuldur.

- Nədir bu üsul? Bir qədər məlumat verin.

- Dünyada onkoloji xəstəliklərin müalicəsində iki metoddan istifadə edilir. Birinci metod ənənəvi olaraq 3 mərhələdən - cərrahiyyə, kimya və şüa terapiyasından ibarətdir. Bu metodda problemi həll etmək üçün törəməni yandıraraq, doğrayaraq və ya kəsərək onu aradan götürürlər. Naturopatik müalicə metodu şişi əmələ gətirən səbəbi araşdırır.
Həmin metoddan dünyanın qabaqcıl ölkələrində istifadə olunur.
Naturopatik metodla xərçəng xəstələrinin bir-iki aya sağaltmaq mümkün olur. Sağalma müddəti şişin yayılma genişliyindən və yaranma vaxtından asılıdır.
Bədxassəli törəmə mütləq hansısa problemin təzahürüdür, problem aradan qaldırılmasa, törəmə yenidən baş qaldıracaq. Xərçəng xəstələrinin naturopatik müalicəsi 95-98 faiz hallarda müsbət nəticə verir.

- Xərçəngin əsas yaranma səbəbi barədə nə deyə bilərsiniz?

- İstənilən xərçəng xəstəliyi psixosomatikdir. Yəni psixoloji pozğunluqlar nəticəsində yaranan fiziki xəstəlikdir. Yaranma səbəbi stresslərlə bir başa əlaqəlidir. Psixosomatik əlaqələri nəzərə almadan xəstəliyi müalicə etmək doğru deyil.
Bütün xəstəliklər ali sinir sistemindən başlayır. Qəflətən və ya xroniki təkrarlanan stress nəticəsində şüur altında qüsurlu dövran ocağı yaranır. Qüsurlu dövran ocağı hansısa orqanda damarı sıxır və oksigen çatışmazlığı yaranır. Hüceyrələr oksigenli maddələr mübadiləsindən oksigensizə keçməyə məcbur olur. Belə olan halda hüceyrələr daha tez bölünməyə başlayır və əhatələri olmadığı üçün ətraf toxumalara sirayət edirlər, nəticədə şiş yaranır. Əslində, şiş tez parçalanan olduğu üçün bir sıra dərman preparatlarından istifadə edərək, onu parçalaya bilərik, lakin nəzərə almaq lazımdır ki, bədəndə, həmçinin bağırsaq, qan, qaraciyər və digər toxumalarda olan hüceyrələr də tez parçalanır. Beləcə, şiş hüceyrələrini parçalamaq istəyərkən lazım olan hüceyrələri də parçalayırıq.

- Bəs sizin tətbiq etdiyiniz naturopatik müalicə metodu nəyi əsas götürür?

- Şiş orqanizmdə olan tullantılar nəticəsində əmələ gəlir. Xəstəni sağaltmaq üçün bədən mütləq zəhərli maddələrdən təmizlənməlidir. Çünki həmin tullantılar bədəndən təmizlənmədikdə orqanizm tükənir və insan həyatını itirir. Orqanizm imalələr vasitəsilə təmizlənir. Detokslar, aktivləşmiş kömür, polisorflar, vulkanik minerallar və s. istifadə olunur.

- Müxtəlif tezlikli səs dalğaları ilə bir çox xəstəliklərin sağaldılması metodunun böyük dərman şirkətləri tərəfindən gizlədildiyi iddiaları da var. Buna nə deyərdiniz?

- Bəli, bu doğru iddiadır və mümkündür. Hətta bir zamanlar tətbiq edilib. Rusiyalı alim Pyotr Karyagin DNT-nin səsini yazmışdı və müxtəlif səs dalğaları vibrasiyalarının müxtəlif xəstəliklərə, o cümlədən xərçəngə müalicəvi təsirini öyrənmişdi. Heyf ki, bu effektiv üsulun da qarşısı alındı.

- Azərbaycanda onkologiyanın müalicəsi dünyanın aparıcı ölkələrindəki müalicə metodlarından nə ilə geridə qalır?

- Mən bu barədə dəfələrlə çıxışlarımda demişəm, Səhiyyə Nazirliyinə müraciət etmişəm, səsimi eşitməyiblər, yenə deyirəm, bəlkə eşidən ola. Dünyanın ən aparıcı ölkələrində onkologiya xəstəxanalarında onko-psixoloji kabinetlər var, bizdə yoxdur. Azərbaycanda bu kabinetin yaradılması heç kimə maraqlı deyil və bu anlayış ümumiyyətlə yoxdur. Xalqımızın sağlamlığı naminə bunu etməliyik.

Paylaş
Xəbər lentİ