Estetik əməliyyatı olunan 23 yaşlı qız öldü

Oxunma sayı: 134
7-05-2023, 00:17

Estetik əməliyyatı olunan 23 yaşlı qız öldü
Bakıda estetik əməliyyatı zamanı komaya düşən gənc qız vəfat edib.

Arasdırma.info xəbər verir ki,bir neçə gün əvvəl ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilən 23 yaşlı Arzu Əzimova tibbi müdaxilələrə baxmayaraq dünən vəfat edib.




Məlum olub ki, o, 5 gün əvvəl Sabunçu rayonu ərazisidəki "Medicare" özəl klinikasında rinoplastika əməliyyatı (estetik burun əməliyyatı) etdirib və orada komaya düşüb.



Faktla bağlı araşdırma aparılır. (qafqazinfo)

Paylaş
Xəbər lentİ