İstifadəyə yararsız 90 tondan çox ət və ət məhsulları məhv edilib

Oxunma sayı: 292
20-10-2019, 02:01

İstifadəyə yararsız 90 tondan çox ət və ət məhsulları məhv edilib
2019-cu ilin yanvar-sentyabr ayları ərzində ölkə ərazisində istifadəyə yararsız 90 tondan çox ət və ət məhsulları məhv edilib.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev məlumat verib.

Onun sözlərinə görə, məhv edilən alkoqolsuz içkilər, qazlı və qazsız suların miqdarı 16 tona yaxın olub.

"Bu müddət ərzində 50 tondan çox süd məhsulları, 37 ton bitki və bitkiçilik məhsulları, 30 tona yaxın kulinariya məmulatları, 21 kq qida əlavələri, 124 tondan çox qənnadı məhsulları, 110 tona yaxın yağ məhsulları, 15 855 ədəd heyvan mənşəli məhsul (yumurta) və 45 ton konservləşdirilmiş məhsullar məhv edilib”, - deyə M. Piriyev vurğulayıb.

Paylaş
Xəbər lentİ