Bakıda klinikada 37 yaşlı qadın estetik əməliyyat zamanı ölüb.
Arasdırma.info Marja-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 24-də Nəsimi rayonu ərazisində yerləşən “MedAura” klinikasında baş verib.
Eləcə də bax:Bakının məşhur klinikasının rəhbəri: "BU DƏQİQƏ ÇƏTİN VƏZİYYƏTDƏYİK" - PROBLEMLƏRİ SADALADI
Belə ki, 1982-ci il təvcəllüdlü Pərvanə Ağayeva həmin klinikada həyata keçirilən estetik əməliyyat zamanı anesteziya edildikdən sonra dünyasını dəyişib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70