İmişlidə küçə itləri quduzlaşıb... – İcradan açıqlama

Oxunma sayı: 505
28-10-2019, 13:36

İmişlidə küçə itləri quduzlaşıb... – İcradan açıqlama
İmişli şəhərində, Mikayıl Müşfiq küçəsində sahibsiz küçə itləri artıq sakinlərə hücum edir.

Arasdırma.info xəbər verir ki, sözügedən küçənin sakinləri küçə itlərinin son vaxtlar daha da aqressivləşərək, həyətlərə girib mal-qaraya hücum etdiyini bildirib. Sakinlər bununla bağlı aidiyyəti qurumlara müraciət etsələr də, nəticəsi olmadığını qeyd ediblər:

“Həmin itlərin toplaşdığı ərazi məktəblilərin və sakinlərin ən qaynar gediş-gəliş yeridir. Qorxumuzdan uşaqları məktəbə hər gün taksiylə göndəririk. Bu da bizə hər günü 4-5 manata başa gəlir”.

Sakinlərdən biri bildirib ki, itlərdən biri onun həyətində keçini dişləyib və ətini qoparıb.

“Həmin heyvanı ayırıb aqibətini gözlədik, qorxulu səs çıxarıb, yerdə eşələnərək öldü. Bu, heyvanların quduzlaşması deməkdir”, - sakin qeyd edib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən İmişli rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Ziya Paşayev bildirib ki, sözügedən məsələ araşdırılacaq və tədbirlər görüləcək.

Paylaş
Xəbər lentİ