Bakıda 2 məşhur klinika satıldı

Oxunma sayı: 125
7-11-2023, 00:19

Bakıda 2 məşhur klinika satıldı
Azərbaycanda iki məşhur klinika - “Baku City Hospital” və “Türk-American Medical Center” satılıb.

Arasdırma.info Bakupost.az-a istinadən xəbər verir ki, hər iki klinikanı yeni şəxs alıb.

Məlumata görə, həmin şəxs “Baku City Hospital”a 8 milyon manat pul ödəyib. Sahibkar dəyişilsə də, hospitalın əvvəlki sahibi, ortoped-travmatoloq Bayram Qorçiyev baş həkim kimi vəzifəsində qalıb.

Qeyd edək ki, son günlər bir neçə məşhur klinikanın bağlanma təhlükəsində olduğu barədə informasiyalar yayılır. Bildirilir ki, sığorta sisteminin tətbiqi özəl klinikaların gəlirlərini xeyli dərəcədə azaldıb.

Paylaş
Xəbər lentİ