"Respublikanski"nin yeni direktoru 250 nəfəri işdən azad etdi

Oxunma sayı: 102
8-11-2023, 17:40

"Respublikanski"nin yeni direktoru 250 nəfəri işdən azad etdi
Son 6 ayda 250-yə yaxın tibb işçisi Respublika Klinik Xəstəxanasında işdən çıxarılıb.


Bakupost.az xəbər verir ki, bu barədə ginekologiya şöbəsinin cərrah mama-ginekoloqu Bahar Novruzova məlumat verib.
Ginekoloq Medicina.az -a müsahibəsində qeyd edib ki, işdən kütləvi şəkildə çıxarılma Elviz Qasımovun direktor təyinatından sonra baş verib:
“Bu direktor gələndən Respublika Klinik xəstəxanasından son 6 ayda 250 işçi çıxarılıb, 300-dən çox yeni işçi qəbul edilib. Məqsəd də boş yer açıb, təzə adamlar götürməkdir. Onun da səbəbini yəqin komissiya araşdıracaq”.

Paylaş
Xəbər lentİ