Kəmaləddin Qafarova məxsus şirkətə 8 milyonluq sifariş

Oxunma sayı: 32
24-09-2024, 23:49

Kəmaləddin Qafarova məxsus şirkətə 8 milyonluq sifariş
Bakı Sağlamlıq Mərkəzi "Azəri Med" Qapalı Səhmdar Cəmiyyətindən (QSC) 8 600 332,93 manatlıq tibbi sərfiyyat malları alacaq.
Arasdırma.info "Qaynarinfo"ya istinadla xəbər verir ki, şirkət Mərkəzin bununla bağlı elan etdiyi tenderin qalibi seçilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Azəri Med” QSC 2 iyul 2004-cü ildə qeydiyyata alınıb.
Nizamnamə kapitalı 10 000 manat olan şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Asif Məmmədov küçəsi, ev 30F-də yerləşir. QSC-nin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur.
Famil Rəhimlidən əvvəl şirkəti Qafarov Elman Cabbar oğlu, ondan əvvəl isə Qafarov Hüsaməddin Şəmsəddin oğlu təmsil edib.
Hər iki şəxsin deputat Kamaləddin Qafarovla yaxın qohumluq əlaqələrinin olduğu bildirilir.
Ümumiyyətlə isə şirkətin deputata məxsus olması barədə iddialar var. Bu iddialar indiyə qədər təkzib edilməyib.

Paylaş
Xəbər lentİ