Abşeron Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Mehriban Qaralovaya yeni vəzifə verilib.
Sehiyye.info qaynarinfo-ya istinadla xəbər verir ki, müvafiq əmrlə Mehriban Qaralova Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində Xocasən Sağlamlıq Mərkəzinin direktoru təyin olunub.
Qeyd edək ki, 2022-ci ilin noyabr ayında Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktor vəzifəsindən azad edilən Mehriban Qaralova uzun müddət işsiz qalıb. Mehriban Qaralova sabiq baş prokuror Zakir Qaralovun əmisi, mərhum YAP-çı deputat, professor Zahid Qaralovun qızıdır.
Xatırladırıq ki,adı çəkilən baş həkim Şəhidlər Xiyabanına qırmızı paltarda gəlməsiylə gündəm olmuşdu.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70