Vətəndaş Buta Clinikdən və baş həkim Araz Bayramovdan narazıdır.

Oxunma sayı: 159
19-10-2024, 01:23

Vətəndaş Buta Clinikdən və baş həkim Araz Bayramovdan narazıdır.

Bakının Nərimanov rayonunda yerləşən" Buta Clinic " özəl tibb müəssiəsindən və uroloq Araz Bayramovdan narazıdır.
Arasdırma.info .info xəbər verir kibu barədə Vüqar Məmmədli sosial şəbəkədə paylaşım edib. Onun paylaşımını olduğu kimi dərc edirik:
"Bakının Nərimanov rayonunda yerləşən" Buta Clinic " özəl tibb müəssiəsində uroloq Araz Bayramovun qəbuluna
yazıldım. 70 manat ödədikdən sonra , qəbz əvəzinə növbə kağızı alıb, həkimin qəbuluna girdim. Həkim məni dinləyib , rəhbərlik etdiyi " Buta Clinikdə " analiz verməyə yolladı. Mən analizi , digər nisbətən etibar etdiyim Referans , Sağlam Ailə kimi tibb müəssələrində vermək istədiyimi bildirdikdə, həkim buna etiraz edib onlara güvənmədiyini bildirib , adı gedən klinikaların " Sağlam Ailə, Referans klinikalarında, xəstələrin labarator analizlərində dəfələrlə yalnışlıqlarını aşkar etdiyini və bu üzdən analizlərimi yalnız burada "Buta Clinikdə " analiz verməyimi təkid etdi. Çıxıb kassada analizlərin ödənişini etmək istədikdə, analizlərin kosmik qiymət olduğunu və bunun müqabilində 520 manat ödəyəcəyimi gördükdə, burada qaz kimi yonulacağımı hiss edib ,həkimin köməkçisinə yaxınlaşıb ödədiyim pulu , geri istədikdə buna etiraz olaraq ödənişin qaytarmayacaqlarını bildirdilər. Mən izah etdikdə ki, həkim məni müayinə - müalicə etməyib, sadəcə 5-10 dəqiqə dinləyib sonra öz avropa səfərlərindən, Aztv- nin diliylə xoruzu qoltuğuna verilmiş Fransa təhsilindən bəhs edib. Bunun müqabilində 70 manat ödəməliyəm ? Bundan sonra həkimin asistenti məni yola verib pulu bu gün geri qaytara bilməyəcəklərini və sabah mənimlə əlaqə saxlayacaqlarını bildirdi.
Ertəsi gün bildirdilər ki, ödəniş geri qaytarılmır."
Əlavə olaraq qeyd edək ki, bu ilk narazılıq deyil. Adı çəkilən Tibb Mərkəzi barədə dəfələrlə şikayətlər olunub. Lakin aidiyyatı qurumlar məsələyə biganə olublar. Ümid edirik ki, vətəndaşlar hansı klinikaya və hansı həkimə müraciət etməyi götür qoy edərlər.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Vətəndaş Buta Clinikdən və baş həkim Araz Bayramovdan narazıdır.
Vətəndaş Buta Clinikdən və baş həkim Araz Bayramovdan narazıdır.

Paylaş
Xəbər lentİ