Tanınmış meyxanaçı yaddaşını itirdi

Oxunma sayı: 559
23-12-2019, 21:36

Tanınmış meyxanaçı yaddaşını itirdi
Kərimin ailəsinə dostları kömək edir. Axırıncı dəfə Qurban bayramında getdim yanına. Ancaq peşman oldum.

Arasdırma.info Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Ağamirzə deyib. Sənətçi həmkarı Ağakərimin (Kərim Novruzov) səhhətindən bəhs edib. O bildirib ki, Ağakərim artıq heç kimi tanımır:

"Kərim uzanıb gözümə baxırdı. Evdən deyirdilər Kərim, Ağamirzədi. Deyir, hə, hə. Beş dəqiqə keçəndən sonra yenə yaddaşı gedir. Övladlarımı da aparmışdım.

Ondan sonra uşaqları aparıram, gedib dəyirlər. Özüm düşmürəm maşından, ürəyim ağrıyır. Danışa bilmir, gözlərimə baxır. Maddi köməklik edirəm. Elə dostları var, çox kömək edir. Elə müğənnilər də var ki, Kərim xəstələnəndən qapısını açmır".

Paylaş
Xəbər lentİ