Çində koronavirusa yoluxanların sayı 77 mini keçdi

Oxunma sayı: 560
24-02-2020, 05:37

Çində koronavirusa yoluxanların sayı 77 mini keçdi
Çində koronavirusa yoluxanların sayı 77150 nəfərə çatıb.

Arasdırma.info xəbər verir ki, bu məlumatı Çin Səhiyyə Komitəsi yayıb. Komitə koronavirusa yoluxanlardan 24734 nəfərinin sağaldığını, 2592 nəfərinin isə öldüyünü açıqlayıb.

Bununla belə, hazırda xəstəxanalarda 49824 nəfərin koronavirusla mübarizə apardığı və onlardan 9915 nəfərinin vəziyyətinin ağır olduğu bildirilib.

Son sutka ərzində isə koronavirusa 409 nəfər yoluxub.

Paylaş
Xəbər lentİ