İşdən azad edilən baş həkim Səhiyyə Nazirliyini məhkəməyə verdi

Oxunma sayı: 449
3-03-2020, 21:44

İşdən azad edilən baş həkim Səhiyyə Nazirliyini məhkəməyə verdi
Füzuli Rayon Diaqnostika Mərkəzinin keçmiş baş həkimi Cümşüd Məmmədov Səhiyyə Nazirliyini məhkəməyə verib.

Arasdırma.info xəbər verir ki, C.Məmmədov işdən azad olunması barədə əmrin ləğv edilməsini və işə bərpa olunmasını istəyib.

Birinci instansiya məhkəməsi şikayəti təmin etməyib.

Bundan sonra C.Məmmədov Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verib.

İşə hakim Vahid Sadıqovun sədrliyi ilə martın 16-da baxılacaq.Cahantv.az

Paylaş
Xəbər lentİ