Səhiyyə Nazirliyi: paytaxtın poliklinikaları gücləndirilmiş iş rejiminə keçib

Oxunma sayı: 355
17-11-2020, 17:27

Səhiyyə Nazirliyi: paytaxtın poliklinikaları gücləndirilmiş iş rejiminə keçib
Son günlər koronavirusa yoluxma hallarının artmasını nəzərə alaraq Səhiyyə Nazirliyinin idarəçiliyində olan (Bakı şəhəri üzrə) poliklinikalar gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, həftənin şənbə və bazar günləri də daxil olmaqla yeddi gün səhər saat 08:00–dan 18:00-dək vətəndaşlara COVID-19 –la bağlı xidmətlər göstəriləcək. Bura evdə müalicə alan xəstələrin müşahidəsi, yaxmaların götürülməsi və kompleks vitaminlərin paylanması daxildir.

Paylaş
Xəbər lentİ