Azərbaycanda oktyabrın 10-dan sonra koronavirusa yoluxma sayında 10 dəfə artım olub - ÜST

Oxunma sayı: 378
20-11-2020, 12:00

Azərbaycanda oktyabrın 10-dan sonra koronavirusa yoluxma sayında 10 dəfə artım olub - ÜST
Azərbaycanda oktyabrın 10-dan sonrakı dövr ərzində COVİD-19-a yeni yoluxma sayında 10 dəfə artım müşahidə edilir.

Arasdırma.infonun məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Qış fəslinin gəlməsi ilə əlaqədar şimal yarımkürəsindəki bütün ölkələrdə artımın müşahidə edildiyini deyən H.Harmancı qeyd edib ki, bu, dünya, eləcə də Azərbaycan üçün önəmli məsələdir:

“Xəstəlik təhlükəsi hələ davam edir. Biz bunu eşitməkdən yorula bilərik, amma virus insanları yoluxdurmaqdan yorulmadı. Digər dövlətlərdə olduğu kimi Azərbaycanda da vəziyyət ciddidir".//trend

Paylaş
Xəbər lentİ