Bu gün koronavirus 28 can alıb.

Oxunma sayı: 361
22-11-2020, 11:25

Bu gün koronavirus 28 can alıb.
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 2735 yoluxma faktı qeydə alınıb, 1374 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 89 min 898 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 62 min 243 nəfər müalicə olunaraq sağalıb, 1107 nəfər vəfat edib. Aktiv xəstə sayı 26548 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 592 min 280 test aparılıb. Bugünkü test sayı isə 16220-dir.

Paylaş
Xəbər lentİ