Baş həkim COVID-19-a yoluxdu

Oxunma sayı: 401
30-11-2020, 21:29

Baş həkim COVID-19-a yoluxdu
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Vüsal Abdullayev koronavirusa yoluxub.

Arasdırma.info xəbər verir ki,"Report"un Muğan bürosunun əldə etdiyi məlumata görə, onun COVID-19-la bağlı verdiyi testin nəticəsi pozitiv çıxıb.

Hazırda V.Abdullayev rəhbərlik etdiyi xəstəxanada müalicə olunur.

Qeyd edək ki, V.Abdullayev koronavirus xəstələrinin müalicəsində aktiv fəaliyyət göstərən həkimlərdəndir. O eyni zamanda İkinci Qarabağ müharibəsində yaralı hərbçilərimizin müalicəsi üçün arxa cəbhədə fəal olub.

Paylaş
Xəbər lentİ